"Clinton-un qələbəyə bir yolu var"
Hillary Clinton qalib olmaq üçün Pennsylvania, Michigan və Wisconsin-dən səs lazımdır, Norm Ornstein BBC News-a deyib.
"Onun qələbəyə bir yolu var, onun (Trump-ın) çox".
You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
ABŞ əhalisi növbəti prezidentin kim olacağına qərar verir
Hillary Clinton qalib olmaq üçün Pennsylvania, Michigan və Wisconsin-dən səs lazımdır, Norm Ornstein BBC News-a deyib.
"Onun qələbəyə bir yolu var, onun (Trump-ın) çox".
Sabiq deputatlığa namizəd Bəxtiyar Hacıyev hazırda New Yorkda Clintonun qərargahından yazır:
ABC News proqnoz verir ki, Donald Trump Florida da qalib gəlib, ona buradan 29 səs verilib.
Donald Trump Utah ştatında qalib gələ bilər, ABC News proqnoz verir.
Üçüncü-tərəf namizədi Evan McMullin burada anti-Trump mühafizəkarı" kimi qazanmaq istəsə də, buna müvəffəq olmadı.
Fikirlərinizi BBC Azərbaycancanın sosial media profillərində paylaşın.
BBC Azərbaycanca Facebookda
BBC Azərbaycanca Twitterdə
ABC News proqnozlarına görə Oregon-da Clinton qalib gəlib.
2012-ci ildə Barack Obama bu ştatda 12 faizlə qalib gəlib.
Araşdırmaçı jurnalist Xədicə İsmayıl ABŞ-da seçkilər barədə tvitləyib
ABC News proqnoz verir ki, 15 elektoral səsə bərabər bu əsas ştatda Trump qalib gələ bilər.
Bakıda ABŞ səfirliyi siyasətçiləri, fəalları, jurnalistləri və sosial mediada tanınmışları seçkiləri canlı izləməyə dəvət edib. Əli Hacızadə həmin tədbirdən fotolar paylaşıb.
Hillary Clinton: 190
Donald Trump: 172
ABC News proqnozlaşdırır ki, California və Hawaii-də Clinton qalib gəlib.
Trump isə İdaho ştatının səsini qazanıb.
BBC News-un Singapore müxbiri Tessa Wong yazır ki, Çinin dövlət media qurumu Global Times qrupunun rəyinə görə Trump-ın prezidentliyi qazanması ABŞ və Çin arasındakı “hər iki tərəfə ziyanlı rəqabətə” son qoya bilər.
Trump-ın Çində azarkeşləri var. Changsha-da bu meymun ötən həftə Trump-ın qalib gələcəyini proqnoz edib.
"Gözlənilməz hadisələr çox olsa da, miqyasına görə ən böyüyü Trump-ın respublikaçıların vahid namizəd olması oldu", Vüqar Salamlı deyir.
Siz də fikirlərinizi bölüşün.
ABŞ mediası yazır ki, 80 yaşlı senator və uduzmuş prezidentliyə namizəd John McCain Arizona-da yenidən senator seçilib.
O burada Demokratların nümayəndəsi Ann Kirkpatrick-ə qalib gəlib.
ABC News proqnoz verir ki, ABŞ-ın ən dağlıq ştatı Clinton-a səs verib.
Əsas qərarverici ştat olan Colorado 2008 və 2012-ci illərdə Obamaya səs verib.
Amma bundan öncə təxminın 30 il müddətində ştat respublikaçıları dəstəkləyib.
Bu gün ərzində 40 milyon seçkilə əlaqəli tvit atılıb, Twitter bildirir.
2012-ci ildə bu say 31 milyon olub.
ABC News proqnoz verir ki, Clinton mühüm ştatların birində - Virginiada qalib gəlir.
Seçkiləri Bakıda izləyən və Clintonu dəstəklədiyini həşteqlə qeyd edən Nərmin Rəhimli yazır ki "amerikalılar, bunu dünyaya etməyin".
Siz də fikirlərinizi paylaşın.
Meksika valyutası Trump-ın irəlidə olması proqnozlarından sonra son 20 ildə ən aşağı dəyərə düşüb, Financial Times bildirir.