Mamikon Xocoyan Ermənistanda həkim müayinəsindən keçir

Şəklin mənbəyi, Other
Ermənistan-Azərbaycan sərhədini keçib Azərbaycanda tutulub saxlanan Ermənistan vətəndaşı Mamikon Xocoyan martın 4-də Ermənistana qaytarılıb. Lakin o hələ ailə üzvləri ilə görüşməyib.
Hazırda 77 yaşlı cənab Xocoyan İcevan xəstəxanasında müayinədən keçir, onun yaşadığı Nerkin Karmirağbyur kəndinin icma başçısı Kamo Çobanyan BBC Azərbaycancaya bildirib.
Bu gün daha əvvəl Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycanda saxlanılan Ermənistan vətəndaşının ölkəsinə geri qaytarılması barədə məlumat yayıb.
BQXK Bakı və Yerevan nümayəndəlikləri kim olduğunu açıqlamadan, “bir Ermənistan vətəndaşının” qaytarıldığı barədə məlumat yayıblar.
Ermənistanın Tavuş vilayətinin Nerkin Karmirağbyur kəndinin sakini Mamikon Xocoyan yanvarın 28-də sərhədin Azərbaycan tərəfində, <link type="page"><caption> Tovuz rayonu ərazisində tutulub</caption><url href="http://www.bbc.co.uk/azeri/region/2014/01/140129_guide_diversionist.shtml" platform="highweb"/></link>.




















