Paşinyan: "Ermənistan Qarabağın müstəqilliyini tanıyan birinci və yeganə ölkə olmamalıdır"

Çap edildi
Oxuma vaxtı: 1 dəq

Video açılmasa YouTube-da izləyin.

Azərbaycan və Ermənistan bir-birinin ərazi bütövlüyünü hələ 1991-ci ildə tanıyıb.

Ermənistanın Baş naziri Nikol Paşinyan bu sözləri Facebook-da keçirdiyi canlı mətbuat konfransında deyib.

Paşinyanın bu çıxışı onun bu həftə Azərbaycan və Rusiya liderləri ilə Soçidə gözlənilən görüşündən əvvəl baş verib.

"MDB-nin 1991-ci il sənədlərinə əsasən, Ermənistan və Azərbaycan bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb. Bəyəm bu, Qarabağ məsələsinin olmaması demək idimi?", Paşinyan deyib.

O əlavə edib ki, Ermənistan Qarabağ məsələsini ərazi problemi deyil, hüquq məsələ hesab edir.

Paşinyan Qarabağın müstəqilliyinin tanınması barəsində suala da cavab verib. O deyib ki, Ermənistan Qarabağın müstəqilliyini tanıyan birinci və yeganə ölkə olmamalıdır.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarında Azərbaycanda Dağlıq Qarabağ adlı inzibati ərazinin olmadığını və Qarabağda yaşayan ermənilərə heç bir status verilməyəcəyini bildirib.