You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
2026 Dünya Kuboku: Oyunlar nə vaxt olacaq? - cədvəl
BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.
2026-ci il Dünya Kubokunda 48 komanda iştirak edəcək.
Amerika Birləşmiş Ştatları, Kanada və Meksikada baş tutacaq yarışlar 11 iyun - 19 iyul tarixlərində keçiriləcək.
23-cü Dünya Kubokunda yeni formatda, 4 komandadan ibarət 12 qrup yarışacaq.
İlk matç iyunun 11-də Meksikadakı Estadio Azteca-da Meksika və Cənubi Afrika arasında keçiriləcək.
Qruplarında ilk iki yeri tutan 12 komanda və üçüncü yeri tutan ən yaxşı səkkiz komanda 1/32 final mərhələsindən başlayaraq genişləndirilmiş pley-off mərhələsinə vəsiqə qazanacaq.
Yeni dünya çempionu 19 iyulda New Jersey ştatındakı MetLife stadionunda müəyyənləşəcək.
Oyunlar nə vaxt oynanılacaq?
Oyunlar dörd fərqli saat qurşağına bölünmüş şəhərlərdə oynanılacağı üçün ümumilikdə 13 fərqli başlama vaxtı mövcuddur.
Ümumi oyun cədvəli belədir:
- Qrup mərhələsi: 11 iyun – 27 iyun
- 32-lik mərhələ: 28 iyun – 3 iyul
- 1/8 final: 4 – 7 iyul
- 1/4 final: 9 – 11 iyul
- Yarım-final: 14 – 15 iyul
- Üçüncü yer uğrunda oyun: 18 iyul
- Final: 19 iyul