Türkiyədə karantin: Hansı məhdudiyyətlər tətbiq olunur?

Çap edildi

Türkiyədə elan olunan geniş karantin tədbirləri cümə axşamı günü saat 19:00-da başlayacaq və 17 may bazar ertəsi günü saat 05:00-da tamamlanacaq.

Karantin dövründə "xüsusi hallar" olarsa, şəhərlərarası səyahətə icazə verilir, ancaq yola çıxmaqdan əvvəl icazə alınmalıdır. Buna görə də turistik səyahətlər, ziyarətlər və ya sadəcə gəzmək üçün şəhərdən kənara çıxmağa icazə verilməyəcək.

Səyahət icazələrinin elektron hökumətə və ya 199 telefon nömrəsinə zəng vuraraq əldə ediləcəyi nəzərdə tutulur. İcazə müraciətini almaqdan dövlət vəzifəsini yerinə yetirmək üçün təyin edilən məmurların azad olunduğu bildirilir.

Bundan əlavə, birinci dərəcəli qohumun dəfn mərasimində iştirak edəcək və ya dəfn mərasimini müşayiət edəcək şəxslərin icazə müraciətlərinin sistem tərəfindən avtomatik təsdiqlənməsi nəzərdə tutulur.

Daxili İşlər Nazirliyinin məlumatına görə, xüsusi sayılacaq hallar aşağıdakı kimi göstərilir:

  • Müalicə olunduqları xəstəxanadan çıxarılaraq əsl yaşayış yerinə qayıtmaq istəyənlər, həkim rəyi ilə göndərilənlər və/və ya daha əvvəl həkim qəbuluna qeydiyyata düşənlər.
  • Xəstəxanada müalicə olunan özünün və ya həyat yoldaşının birinci dərəcəli qohumu və ya bacı-qardaşını (maksimum 2 nəfər) müşayiət edənlər.
  • Olduqları şəhərə son 5 gündə gələn, lakin qalmağa yeri olmayan və yaşayış yerinə qayıtmaq istəyənlər (səyahət biletini, gəldikləri nəqliyyat vasitələrinin nömrəsini və səyahətlərini göstərən digər sənədlər və məlumatları təqdim etməklə).
  • Hərbi xidməti başa vuraraq yaşayış yerlərinə qayıtmaq istəyənlər.
  • Gündəlik müqaviləyə xüsusi və ya ictimai dəvətnamələri olanlar
  • Cəza müəssisələrindən azad edilənlər

Türkiyənin daxili işlər naziri Süleyman Soylu nəzarət olmasa, bu müddətdə sui-istifadə hallarının baş verə biləcəyini deyib və hər şəhərə giriş və çıxışa ciddi şəkildə nəzarət ediləcəyini qeyd edib.

Açıqlamalara görə, tam karantin dövrü başlamamışdan əvvəl ediləcək səyahətlərdə heç bir məhdudiyyət yoxdur.

Daxili İşlər Nazirliyinin yayımladığı "tez-tez verilən suallar" mətnində, tam karantin qərarından əvvəl alınan biletlərlə ediləcək səyahətlər üçün icazə müraciətlərinin 29 aprel cümə axşamı gecəyarısı başlayacağı bildirilir.

Eviniz və iş yeriniz fərqli şəhərlərdədirsə və ya ev və iş yeri qonşu vilayətlərdə yerləşirsə, o zaman səyahətə icazə verilirmi?

Bayram vaxtı başqa bir şəhərdə tətil rezervasiya edə bilməzsiniz. Çünki 13 mayda başlayacaq Ramazan Bayramının son günü 15 may şənbə gününə düşür və bu tarixlər tam karantin dövrünə təsadüf edir.

Daxili İşlər Nazirliyinin nizamnaməsində qonaq evlərinin məhdudiyyətlərdən azad olunmayacağı bildirilir. Sənədlərə görə, "bu dövrdə yaşayış yerləri yalnız xüsusi şərtlərdən asılı olaraq səyahət icazəsi olan insanlara xidmət edə biləcək."

Beynəlxalq səyahətlərin tam karantin müddətindən əvvəl olduğu kimi davam edəcəyi gözlənilir. Başqa sözlə, tamamilə qapanma dövründə beynəlxalq səyahətlərə əlavə məhdudiyyət və qaydalar tətbiq edilməyib.

Mövcud düzəlişlər ölkə daxilindəki səyahətləri əhatə edir. Xaricə səyahət etmək üçün şəhərdə nəqliyyat zamanı ediləcək yoxlanış zamanı təyyarə bileti təqdim edilməlidir. Xaricdən transfer uçuşla gələrək daxili xətdə davam edəcək sərnişinlərin səyahət icazəsi almasına ehtiyac yoxdur.

Xaricdə qalanlar qısa müddətə gələ bilərmi? İkili vətəndaşlığım var, Türkiyəyə qısamüddətli səyahət məhdudiyyətlərinə əməl etməliyəmmi?

Daxili İşlər Nazirliyinin yayımladığı sənəddə bildirilir ki, turizm məqsədilə qısa müddət ərzində Türkiyədə olan əcnəbilər komendant saatı tələblərindən azaddırlar.

Bununla birlikdə, komendant saatı müvəqqəti qoruma və ya beynəlxalq qoruma statusu olan, habelə oturma izninə sahib şəxslərə şamil ediləcək.

Rəsmi məlumat və açıqlamalarda Türkiyəyə qısa müddətli səyahət üçün gələn ikili vətəndaşların vəziyyəti ilə bağlı şərtlər barədə aydın məlumat verilmir.

Hansı müəssisələr açıq olacaq?

Nazir Süleyman Soylu, rəsmi açıqlamada göstərilən istisnalar xaricində bütün iş yerlərinin bağlanacağını bildirib.

Sənədə əsasən, o cümlədən ərzaq mağazaları, ət və şirniyyat dükanlarının açıq olacağı göstərilir. Həm burada işləyənlər, həm də əvvəlcədən həkim qəbuluna yazılan şəxslərin bayıra çıxmaq məhdudiyyətlərindən azad olunacağı bildirilir.

Bankların öz şöbələri vasitəsiylə məhdud xidmət göstərəcəyi gözlənilir. Onlar saat 10:00-dan 16:00-dək işləyəcək.