You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Moskvada İnquşetiya ekstremizmə qarşı mərkəzinin rəhbəri öldürülüb
Şənbə günü axşam Moskvada İnquşetiyadakı ekstremizm əleyhinə mübarizə mərkəzinin rəhbəri İbrahim Elcharkiyev və onun qardaşı öldürülüb. İngiltərədə Rusiya İstintaq Komitəsi (İK) bu cinayətin açılması işində ciddi irəliləyişə nail olunduğunu bildirib.
Hücum Akademik Anoxin küçəsində naməlum şəxs tərəfindən edilib - o, azı 10 dəfə atəş açıb.
"Artıq istintaqın ilk saatlarında Rusiya İstintaq Komitəsinin müstəntiqləri bu cinayətin açılmasında ciddi irəliləyiş əldə ediblər: baş verənlərin prioritet versiyaları müəyyənləşdirilib, cinayətin törədilməsində əli olan ehtimal edilən şəxslər müəyyənləşdirilir", - İK nümayəndəsi Svetlana Petrenko bazar günü bildirib.
Daha əvvəl məlum olub ki, qətl yerində 9 mm çaplı patron gilizləri aşkar edilib.
Avtomobildə hadisə yerini tərk edib gizlənən şübhəli şəxs axtarışa verilib.
"Qatil piyada gəlib həyətdən keçərək, qurbanlara tərəf bir neçə dəfə atəş açıb, sonra isə yaxından onları başından güllə ilə vurub", - TASS agentliyi Rusiya hüquq-mühafizə orqanlarında bir mənbəyə istinadən bildirib.