Moskvada İnquşetiya ekstremizmə qarşı mərkəzinin rəhbəri öldürülüb

Müstəntiqlər hadisə yerində

Şəklin mənbəyi, Maxim Grigoryev/TASS

Şəklin alt yazısı, Müstəntiqlər hadisə yerində istintaq aparırlar.
Çap edildi

Şənbə günü axşam Moskvada İnquşetiyadakı ekstremizm əleyhinə mübarizə mərkəzinin rəhbəri İbrahim Elcharkiyev və onun qardaşı öldürülüb. İngiltərədə Rusiya İstintaq Komitəsi (İK) bu cinayətin açılması işində ciddi irəliləyişə nail olunduğunu bildirib.

Hücum Akademik Anoxin küçəsində naməlum şəxs tərəfindən edilib - o, azı 10 dəfə atəş açıb.

"Artıq istintaqın ilk saatlarında Rusiya İstintaq Komitəsinin müstəntiqləri bu cinayətin açılmasında ciddi irəliləyiş əldə ediblər: baş verənlərin prioritet versiyaları müəyyənləşdirilib, cinayətin törədilməsində əli olan ehtimal edilən şəxslər müəyyənləşdirilir", - İK nümayəndəsi Svetlana Petrenko bazar günü bildirib.

Daha əvvəl məlum olub ki, qətl yerində 9 mm çaplı patron gilizləri aşkar edilib.

Avtomobildə hadisə yerini tərk edib gizlənən şübhəli şəxs axtarışa verilib.

İbrahim Elcarkiyev

Şəklin mənbəyi, Russian Ministry of Internal Affairs

Şəklin alt yazısı, İbrahim Elcarkiyev 2017-ci ildən İnquşetiya ekstremizm əleyhinə mübarizə mərkəzinin rəhbəri vəzifəsində çalışıb

"Qatil piyada gəlib həyətdən keçərək, qurbanlara tərəf bir neçə dəfə atəş açıb, sonra isə yaxından onları başından güllə ilə vurub", - TASS agentliyi Rusiya hüquq-mühafizə orqanlarında bir mənbəyə istinadən bildirib.