Sankt-Peterburq şəhərində Universitet binası çöküb

Şəklin mənbəyi, Vladislav Borisov/TASS
Çap edildi
Rusiyanın Sankt-Peterburq şəhərində İnformasiya Texnologiyaları, Mexanika və Optika Milli Tədqiqat Universitetinin (İTMO) beşmərtəbəli binasında mərtəbəarası örtüklər çöküb.
Rusiya Fövqəladə Hallar Nazirliyinə əsasən çökmə sahəsi 150 kvadrat metrə yaxındır.
Binadan 60 nəfər təxliyə olunur.
Dağıntılar altında 20-dək insanın olduğu güman edilir.
Hadisə vaxtı binada dərslər keçirilir.
"İlkin səbəb - təmir işləri vaxtı texniki tələblərin pozulmasıdır", - RİA Novosti agentliyinə Fövqəladə Hallar Nazirliyindən bildiriblər.
Hadisə yerində xilasedicilər işləyir.


























