Şəkillərdə: Zəlzələdən sonra bərpası uzun çəkən Gümri

Çap edildi

Gümrü Ermənistanın ikinci böyük şəhəri sayılır. 1988-ci ilin dekabrın 7-də burada baş verən zəlzələnin izləri şəhərdə hələ də tam şəkildə aradan qaldırılmayıb.

Fotoqraf Oliver Doyle Gümriyə baş çəkərək yerli sakinlərlə görüşüb, "domiklərlə" (rusca "evciklər") dolu şəhərkənarı ərazidə çəkiliş aparıb.

Zəlzələdən dərhal sonra, Sovet dövründə müvəqqəti sığınacaq kimi dəmirdən tikilmiş bu evciklərdə hələ də yüzlərlə adam yaşamaqdadır.

Belə evciklərdən birində də Doyle, Hovannes adlı sakini kamerasına çəkib. Hovannes çəkməçidir, onun köşkü elə yaşadığı evin bir küncündə yerləşir.

Bu ev özündə zəlzələnin izlərini hələ də daşıyır.

Həmin zəlzələdə 25,000 nəfər ölüb, yüz minlərlə adam evsiz qalıb.

Hovannes və onun arvadı Arusyak deyiblər ki, indi onların evi boş görünür, çünki oğullarından biri iş axtarmaq üçün Rusiyaya yollanıb, digərisi isə əsgərlikdədir. Ermənistanda kişilər üçün orduda xidmət vətəndaş borcu olaraq məcburidir.

Şəkillərdən göründüyü kimi, zəlzələ nəticəsində şəhərdəki tikililərə dəymiş ziyan və zədə izləri hələ də qalmaqdadır.

Sovet İttifaqı 1991-ci ildə çökəndən sonra zəlzələnin baş verdiyi ərazidə təmizləmə və bərpa işlərinin sürəti xeyli dərəcədə zəifləyib. Buna baxmayaraq, lazımi istiqamətdə əsaslı işlər də görülməkdədir.

Doyle kamerasına şəhərkənarı ərazidə inşa edilmiş Muş və Ani yaşayış komplekslərini də lentə alıb.

Domiklərin sakinləri həmin komplekslərdəki yeni mənzillərə köçürülür.

Gümrinin mərkəzində Doyle metaldan qurulmuş emalatxanada işləyən iki saat təmirçisini də lentə alıb.

Fotoqraf səs-küylü ticarət mərkəzinin ortasında yerləşən və içərisində təmir getdiyi ət dükanına da baş çəkib.

Ən çox isə Doyle kamerasına çəkdiyi insanların səxavətliyindən təsirlənib.

Fotoqraf bu xeyirxahlığı "sarsıntı yaşamış ölkənin gözə görünməyən səssiz mahnısı" adlandırıb.

Bütün şəkillərin müəllifi - Oliver Doyle .