Şəkillərdə: Zəlzələdən sonra bərpası uzun çəkən Gümri

Gümri yaxınlığında mal-qara sürüsünə baxan çoban

Şəklin mənbəyi, Oliver Doyle

Çap edildi

Gümrü Ermənistanın ikinci böyük şəhəri sayılır. 1988-ci ilin dekabrın 7-də burada baş verən zəlzələnin izləri şəhərdə hələ də tam şəkildə aradan qaldırılmayıb.

Fotoqraf Oliver Doyle Gümriyə baş çəkərək yerli sakinlərlə görüşüb, "domiklərlə" (rusca "evciklər") dolu şəhərkənarı ərazidə çəkiliş aparıb.

Zəlzələdən dərhal sonra, Sovet dövründə müvəqqəti sığınacaq kimi dəmirdən tikilmiş bu evciklərdə hələ də yüzlərlə adam yaşamaqdadır.

"Domiklər"in yerləşdiyi ərazi

Şəklin mənbəyi, Oliver Doyle

Çəkməçi evinə bitişik köşkündə işləyir

Şəklin mənbəyi, Oliver Doyle

Belə evciklərdən birində də Doyle, Hovannes adlı sakini kamerasına çəkib. Hovannes çəkməçidir, onun köşkü elə yaşadığı evin bir küncündə yerləşir.

Bu ev özündə zəlzələnin izlərini hələ də daşıyır.

Həmin zəlzələdə 25,000 nəfər ölüb, yüz minlərlə adam evsiz qalıb.

Hovannes və onun arvadı Arusyak deyiblər ki, indi onların evi boş görünür, çünki oğullarından biri iş axtarmaq üçün Rusiyaya yollanıb, digərisi isə əsgərlikdədir. Ermənistanda kişilər üçün orduda xidmət vətəndaş borcu olaraq məcburidir.

Arusyak evində qəhvə hazırlayır

Şəklin mənbəyi, Oliver Doyle

Mətbəx

Şəklin mənbəyi, Oliver Doyle

Arusyak

Şəklin mənbəyi, Oliver Doyle

Şəkillərdən göründüyü kimi, zəlzələ nəticəsində şəhərdəki tikililərə dəymiş ziyan və zədə izləri hələ də qalmaqdadır.

Sovet İttifaqı 1991-ci ildə çökəndən sonra zəlzələnin baş verdiyi ərazidə təmizləmə və bərpa işlərinin sürəti xeyli dərəcədə zəifləyib. Buna baxmayaraq, lazımi istiqamətdə əsaslı işlər də görülməkdədir.

Doyle kamerasına şəhərkənarı ərazidə inşa edilmiş Muş və Ani yaşayış komplekslərini də lentə alıb.

Domiklərin sakinləri həmin komplekslərdəki yeni mənzillərə köçürülür.

Saat təmirçiləri

Şəklin mənbəyi, Oliver Doyle

Saat təmirçilərinin bayırdan görünüşü

Şəklin mənbəyi, Oliver Doyle

Ət dükanı

Şəklin mənbəyi, Oliver Doyle

Gümrinin mərkəzində Doyle metaldan qurulmuş emalatxanada işləyən iki saat təmirçisini də lentə alıb.

Fotoqraf səs-küylü ticarət mərkəzinin ortasında yerləşən və içərisində təmir getdiyi ət dükanına da baş çəkib.

Ən çox isə Doyle kamerasına çəkdiyi insanların səxavətliyindən təsirlənib.

Fotoqraf bu xeyirxahlığı "sarsıntı yaşamış ölkənin gözə görünməyən səssiz mahnısı" adlandırıb.

Nərd oynayan kişilər

Şəklin mənbəyi, Oliver Doyle

Mətbəxdə dayanmış qadın

Şəklin mənbəyi, Oliver Doyle

Kiçik mağaza

Şəklin mənbəyi, Oliver Doyle

Bütün şəkillərin müəllifi - Oliver Doyle .