You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
2019-cu ilədək verilən məsləhətlər. Sizə lazım olanını seçin
Orqanizm üçün vacib olan yuxu saatlarının miqdarından tutmuş sərxoşluğun fəsadlarından qurtulmaq, həyatı yaxşıya doğru dəyişmək, evlənmək və hamilə qalmaq üçün ən uyğun vaxtı seçməyə qədər müxtəlif sahələr üzrə məsləhətləri toplayıb sizə təqdim edirik.
Bu məsləhətlərin hamısını nəzərdən keçirib belə qərara gəldik ki, həmişə əlinizin altında olsun deyə onları bir məqalədə toplayaq.
Bəzilərini - daha çox bəyəndiklərimizi arxivimizdən götürmüşük.
Sərxoşluğun fəsadı? Bəlkə qızardılmış bülbül və ya "Çöl stridiyası" kokteyli?
Kimsə yumurta yeməklə özünə gəlmək istəyir, kimsə bol səhər yeməyilə, kimsə də xilası banan yeməkdə görür... Belə anlaşılır ki, insanlıq mövcud olan gündən bəşər övladı sərxoşluğun fəsadlarından əziyyət çəkir və əvvəlki gecə içdiyi spirtli içkinin səhər verdiyi əzabı bitirəcək bir qida növü axtarır (Çox vaxt da tapmır).
Belə bir qida varmı? Bununla bağlı elm nə deyir?
Sərxoşluğun fəsadlarına qarşı resept icad etməyin çətinliyi ondadır ki, belə hallarda alimlər molekulyar biologiya baxımından orqanizmdə nə baş verdiyini tam olaraq anlaya bilmirlər.
Ancaq bəzi konkret təklifləri də olmamış deyil.
İçmək olarmı? Olarsa, nə qədər?
Çoxlu su içmək - bu məsləhətin xeyli "yaşı" var. Məsələn, XIX əsrin əvvəllərində ölüm ayağında olanlara su içirirdilər. Hidropatiyanın (suyla müalicə) banisi Vincent Priessnitz yazır ki, o vaxt suyu ancaq son dərəcə zəifləmiş adamlara veriblər - ürəyinin yanğısını azaltmaq üçün.
İndi inkişaf etmiş ölkələrdə su problemi yoxdur. Ancaq bizi inandırmağa çalışırlar ki, guya gündə müəyyən miqdarda su içməklə, mükəmməl sağlamlığa aparan yolun sirli qapısını açmış oluruq. Guya bu bizə daha çox enerji verir, dərimizi gözəlləşdirir, bədənimizi arıqladır və hətta xərçəng əmələ gəlməsinə mane olur.
Gündə 8 stəkan (240 ml-lik stəkan) suyun qəbulu, həm də digər içkilər nəzərə alınmadan - bu qeyri-rəsmi olaraq ortaya çıxmış dozanı kim müəyyənləşdirib?
Bunun elmi əsasları varmı?
Doyunca yatmaq çox vacibdir!
Biz yuxu problemimiz haqqında tez-tez və hətta qürurla danışırıq. Axı, bu, işi-gücü çox olan biri olduğumuzu göstərir. Məsələn, Thomas Edison, Margaret Thatcher-i xatırlayaq. Və ya Donald Trump-ı. Bu şəxslərin hər biri həm də gecələr cəmi 4-5 saat yatmalarıyla məşhurdurlar. Halbuki həkimlər yetkin yaşlılar üçün yuxu normasının 7-9 saat olduğunu bildirirlər.
Siz səhhətinizlə az-çox məşğul olmaq istəyirsinizsə, ilk növbədə bunu yadda saxlamalısınız: çox yatmaq lazımdır. Az yatmağın fəsadları bəllidir - yaddaş zəifləyir, yoluxucu xəstəliklərə tutulmaq riskini artır, qərar qəbul etmək çətinləşir, piylənmə yaranır.
Ola bilsin, siz bu haqda hələ heç nə bilmirsiz, amma alimlər yuxuda insan beynində gedən bərpa prosesləri dərinləşdirməyi və sürətləndirməyi artıq öyrəniblər. Yuxunun optimallaşdırılması texnikası da artıq mövcuddur və dünyanın müxtəlif ölkələrində aparılan eksperimentlər göstərir ki, biz beynimizin gecə daha effektli fəaliyyət göstərməsinə nail ola bilərik.
Bunun üçün heç xüsusi texnikaya da ehtiyac yoxdur.
Yuxu saatını bircə saat artırmaq kifayətdir ki, səhhətiniz və ovqatımız yaxşılaşsın, işimizdə uğurlarımızın sayı artsın.
Günorta yaraları daha tez sağalır
Orqanizmin bioloji saatı barədə danışanda kimlərinsə bayquş, kimlərinsə sağsağan olduğunu deyirik. Ancaq sutkalıq (sirkad) ritmlər sadəcə neçədə yatmaq istəməyimizi yox, həm də immun sistemimizin fəaliyyətini və xəstəliklərə qarşı mübarizəmizi müəyyənləşdirir. Daha sağlam olmaq üçün biz ondan istifadə edə bilərik.
Sadə nümunə: əlinizi günorta saatlarında kəssəniz və ya yandırsanız, gecə baş vermiş hallarla müqayisədə yaranız iki dəfə tez sağalacaq. Və bu, təkcə dəriyə aid deyil.
Szi, məsələn, ürəyinizi əməliyyat etdirməlisinizsə və bu əməliyyat günorta 12-dən sonra baş tutarsa, sağalmaq perspektivi daha çox olar.
Belə görünür ki, sirkad təbabəti bizə kömək etmək üçün səhnəyə çıxır.
Həyatınıza azacıq sevgi qatın
İndi də ürəyimizin infarktdan və ya cərrah bıçağından qalmış izlərindən yox, sevdiyimiz şəxslə ayrılığımızdan qalmış izləri haqqında danışaq.
Hansı yaxşıdır - ürək yarasının sağalmasını gözləmək, yoxsa dərhal yeni münasibətə başlamaq? Və əgər yeni partnoyrumuz əvvəlkini xatırladırsa, bu, yaxşı haldırmı?
Adətən, cəmiyyət ayrılıqdan və ya boşanmadan dərhal sonra başlayan münasibətlərdə şübhəylə yanaşır, amma bu sizin üçün ən yaxşı variant ola bilər.
Toy etmək üçün ən yaxşı ay
Yenə optimal vaxt mövzusuna qayıdırıq - bu dəfə əməliyyatlar üçün yox, toy üçün. Və ya hamilə qalmaq üçün. Ya da özü-özlüyündə az qala hərbi əməliyyat qədər ciddi proses olan boşanmaq üçün.
Bəlkə də siz nişanlanmağın və ya rəsmən ayrılmağın vaxtla əlaqəsinin çox az olduğunu düşünürsüz.
Ancaq məlum olub ki, həyatınızda baş verən belə ciddi dəyişiklikləri əvvəldən planlaşdırmaq və onları müəyyən aylara təyin etmək daha yaxşıdır.
Əslində, həyatınız daha yaxşı, daha şən olub
İndi də gəlin, həyatınız haqqında daha ətraflı danışaq.
O xoşunuza gəlmirsə, nə etmək lazımdır? Ötüb keçən illərə nəzər salanda, anlayırsınız ki, hər şey indikindən çox-çox yaxşı ola bilərdi.
Hesab edirsiniz ki, dostlarınız və tanışlarınız da belə düşünürlər - sizin həyatınız haqqında!
Bunu dəyişmək mümkündür. İlk baxışdan inanılmaz dərəcədə sadə görünən üsuldur, amma alimlər işə yaradığını iddia edirlər.
Həyat hekayənizi redaktə etməlisiniz.
"Niyə, axı?!" təəssüfü. Onunla necə mübarizə aparmalı
Qlobal olandan xırda qanqaçırılqlara doğru. Bəzən onlar ciddi problemlərdən daha çox qıcıq doğurur.
Özünün istənilən səhvini fəlakət kimi qiymətləndirmək insana xas xüsusiyyətdir.
Hamımız "Niyə, axı?!" deyib detallara fokuslanırıq.
Özünüzə güzəştlə yanaşmağı vərdiş halına gətirin - daha böyük xatalardan yayınmağı öyrənəcəksiniz.
Göz yaşı saflaşdırır - mif, yoxsa reallıq?
Hamımız inanırıq ki, ağlamaq insanı yüngülləşdirir: katarsisə bənzəyən bir hal baş verir, göz yaşı ruhu təmizləyir və ürəyimizi sakitləşdirir...
Ancaq başqalarının yanında ağlamaq həm də zəiflik əlaməti deyilmi?
Ağlamaqla sağlamlıq arasında bağlılıq varmı?
"Bir "şibbolet" de, görüm"
Ləhcədən qurtulmaq çətindir, xüsusilə də öz ana dilində danışmayanda. Bundan utanmağımız həyatımızı ciddi dərəcədə çətinləşdirə, hətta karyeramıza mane ola bilər.
Uşaqlıqdan etibarən qulağımız öz dilimizi anlamağa lazım olmayan tezlikləri çıxdaş edir - ləhcənin səbəbi budur.
Bu cür "faydasız" tezlikləri olan xarici dildə danışmaq lazım gələndə, həmin tezlikləri təkrarlaya bilmirik.
Bundan necə xilas olmaq olar?