Paşinyan qalib gəldi – indi o, referendum keçirə biləcək?

Paşinyan qalib gəldi – indi o, referendum keçirə biləcək?
Çap edildi

Paşinyan seçkilərdə qalib gəldi, özünün qələbə çıxışını da etdi.

"Bu qələbə erməni xalqına məxsusdur", - Paşinyan qələbə çıxışında bəyan edib.

Ancaq onun bu qalibiyyəti mütləq deyil. Onun partiyası seçkilərdə, ilkin rəsmi nəticələrə görə, 49.8 faiz səs toplayıb.

Bu üstünlük onun hakimiyyəti üçün kifayətdir, amma Paşinyanın partiyası üçdə iki super çoxluğu qazana bilməyib.

Bu çoxluq ona ölkəsində konstitusiya dəyişikliyi üçün referendum keçirməyə lazım idi.

Bəs indi Paşinyan bu referendumu keçirməyi bacaracaqmı?