Səsvermək üçün sinif rəhbərini gözləmək

Mərkəzi Seçki Komissiyası bu saata qədər hesablanan səsləri açıqlayıb: İlham Əliyev 86,09 % səs çoxluğu ilə irəlidədir.


11 saylı Qaradağ seçki dairəsi, 27 saylı məntəqəsinə baş çəkən müxbirimiz Səadət Akifqızı deyir ki, bəzi müşahidəçilər "haranı təmsil edirsiniz?" sualına MSK tərəfindən onlara verilmiş vəsiqənin üzərinə baxaraq cavab veriblər.


MSK sədri Məzahir Pənahov bildirib ki, hər kəs istənilən məsələ barədə MSK və qurumun qaynar xətti ilə əlaqə saxlaya bilər.
MSK-nın qaynar xətti 115-dir.

17 saylı Yasamal 3-cü, 25 saylı məntəqəyə baş çəkən müxbirimiz burada hazır kəsilmiş bülleten verildiyini görüb.
Məntəqə nəzarətçisi bunu "bir neçə bülleteni kəsərək hazır saxladığı" ilə izah edib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda səs vermək hüququna malik vətəndaşların sayı 7 milyondan çoxdur.
MSK-nın seçici siyahısında isə, 5 milyon 300-mindən çox şəxsin adı var.
Bu fərq barədə MSK sədri Məzahir Pənahov açıqlama verib.

17 saylı Yasamal 3-cü, 23 saylı məntəqədə olan müxbirimiz Günel Səfərova bildirir ki, müşahidəçilər yerindədir və səsvermə başlanıb.

12 sayli Qaradag-Binəqədi-Yasamal seçki dairəsi 24 sayli seçki məntəqəsinə baş çəkən müxbirimiz Səadət Akifqızı bildirir ki, bu məntəqədə də səsvermə başlayıb, seçicilər bir-bir buraxılır.
Lakin burada müxbirimizə çəkiliş aparmağa icazə verilməyib. Səbəb kimi "yuxarıdan icazə verilmədiyi" deyilib.
Səhər 8-dən bəri səsverməyə start verilib.
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib ki, gün ərzində 5 dəfə seçkilərin gedişatı barədə məlumat veriləcək.
MSK-nın məlumatına görə, bugün xaricdəki seçicilər də daxil olmaqla, 5 milyon 309 min 434 seçici 125 dairə, 5641 məntəqədə səs verəcək.
Seçicilərin 50,78 faizi qadın, 49,22 faizi kişidir. Azərbaycanın 32 ölkədə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarında 41 məntəqədə seçki məntəqəsi yaradılıb.
Seçkiləri 58175 yerli və 890 beynəlxalq müşahidəçi izləyir.
Bu dəfə də 2013-cü il seçkisində olduğu kimi məntəqələrin 20 faizində, yəni 1000-də kameralar quraşdırılıb və məntəqələrdən canlı yayım gedir.
Seçki günü fevralın 5-də, 64 gün öncə elan edilib.
Səsvermə 19:00-a qədər davam edəcək.

Namizədlər bunlardır:

Sabahınız xeyir, BBC Azərbaycanca izləyiciləri,
Gün ərzində sizə 11 aprel növbədənkənar prezident seçkilərinin gedişatı ilə bağlı əsas xəbərləri çatdıracağıq.
Bizimlə qalın, fikir və rəylərinizi aşağıdakı sosial media hesablarımızda bizimlə paylaşın. Zəhmət olmasa, nəzərə alın ki, şərhlərinizdən səhifəmizdə istifadə edə bilərik.
BBC Azərbaycanca Facebookda
BBC Azərbaycanca Twitterdə