Bakı sakinləri seçkidən sonra nəyin dəyişməsini istəyir?, Seçkidən iki gün öncə Bakı sakinlərinə bu sualı vermişdik.
Bəs sizin bu suala cavabınız nədir? Cavabınızı bizə Facebook səhifəmizdə yaza bilərsiniz.
You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Mərkəzi Seçki Komissiyası bu saata qədər hesablanan səsləri açıqlayıb: İlham Əliyev 86,09 % səs çoxluğu ilə irəlidədir.
Bəs sizin bu suala cavabınız nədir? Cavabınızı bizə Facebook səhifəmizdə yaza bilərsiniz.
Prezidentliyə namizəd Zahid Oruc ailə üzvləri ilə birgə 23 Nəsimi-Səbail Seçki Dairəsinin 18 saylı seçki məntəqəsinə gələrək səs verib.
"Millətimizin bu gündən gözləntiləri var. Vətəndaş inamı, cəmiyyət təşəbbüskarlığı və məmur məsuliyyəti... Mənim anlamımda seçkilərin yekunlarından çıxan nəticə bundan ibarət olmalıdır.
Azərbaycan dövləti ötən on illər ərzində böyük yol keçib. Bizim hamımızın imkanımız var ki, bu dövrü düzgün dəyərləndirək.
Seçkidə yekun elə olmalıdır heç kim özünü məğlub, çıxdaş edilmiş saymasın. Hesab edirəm, bu nöqteyi-nəzərdən yanaşsaq, elə bir şəxsin qalib gəlməsi lazımdır ki, milli birliyi təmin eləsin, dövlətimizin həyatında on illər ərzində davam edən inkişaf özünün axarını tapsın.
Siyasi qüvvələr arasında olan düşmənçilik, qarşılıqlı ittihamlar aradan qalxsın, dünyada mürəkkəb situasiyaların Azərbaycana təsiri minimuma ensin, vətəndaşın istər iş, istər gəlirləri baxımından durumu daha da yaxşılaşsın. Əminəm ki, belə də olacaq”, APA cənab Orucdan sitat gətirib.
Xırdalanda, 45 saylı dairənin 3 saylı məntəqəsində, müşahidəçilər özlərini təqdim edərkən adlarını və haranı təmsil etdiklərini onlara verilmiş vəsiqələrdən oxuyublar.
Bu videonu aça bilmirsinizsə, Youtube səhifəmizdə izləyin.
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasından prezidentliyə namizədliyi irəli sürülən Qüdrət Həsənquliyev 29 saylı Səbail Seçki Dairəsinin 28 saylı seçki məntəqəsində səs verib.
“Seçki prosesi indiyədək demokratik qaydada keçirilib. Əlbəttə, bütün namizədlərin imkanları eyni deyil. Amma Seçki Məcəlləsinin hər hansı normasının pozulması müşahidə olunmur. Ümid edirəm ki, səsvermə də qanunlara uyğun baş tutacaq. Bu seçki daha güclü, demokratik Azərbaycana, Qarabağın azad olunmasına yol açacaq siyasi xətti dəstəkləyəcək. İnşallah, biz Qarabağı azad edəcəyik. Daha güclü, demokratik Azərbaycan quracağıq. Xeyirli, uğurlu olsun!”, deyə APA cənab Həsənquliyevdən sitat gətirib.
21 saylı Nəsimi I 8 saylı seçki məntəqəsində bir nəfər kabinəyi girməyi unudaraq boş bülleten atıb, müxbirimiz Səadət Akifqızı görüb.
Prezidentliyə namizəd Hafiz Hacıyev 8 saylı Binəqədi Seçki Dairəsinin 31 saylı seçki məntəqəsində səs verib.
"İçimizdə olan bəzi ünsürlər seçkini boykot etməyə çağırsa da, xalq bu fikirlərə əhəmiyyət vermədi və hər kəs seçkidə iştirak edir. Seçicilər sərbəst şəkildə istədikləri şəxsə səs verirlər", Qafqazinfo cənab Hacıyevdən sitat gətirib.
Cənab Hacıyev İlham Əliyevə səs verdiyini deyib.
13 saylı Xəzər- Pirallahı seçki dairəsinin 6 saylı seçki məntəqəsində müşahidəçilərə qeydiyyat üçün kağız-qələm müxbirimizin sualından sonra paylanıb.
Müxbirimiz Səadət Akifqızı 11 saylı Qaradağ seçki dairəsi, 27 saylı məntəqəsində bu kağıza möhür vurulduğunu görüb.
"Məntəqə-seçki komissiyası bu kağıza möhür vurdu ki, həqiqətən bu adam gəlib seçkidə iştirak edir", müxbirimiz izah edir.
Məntəqə sədri müxbirimizə deyib ki, burada heç bir problem yoxdur.
45 saylı Abşeron seçki dairəsi, 5 saylı seçki məntəqəsində olan müxbirimiz Səadət Akifqızı deyir ki, müşahidəçilərin qarşısında qeydiyyat üçün ləvazimat yoxdur.
Müşahidəçilər müxbirimizin "nə qədər seçici gəlib?" sualına "Biz bilmirik, məntəqə sədri qeydiyyat aparır" deyə cavab veriblər.
Saat 10:00-a qədər 994196 nəfər və ya seçicilərin 18,71%-i səs verib, MSK Katibliyinin Seçkilər İnformasiya Mərkəzinin müdiri Fərid Orucov bildirib.
14 saylı Xəzər rayon seçki dairəsinin 11 saylı seçki məntəqəsində olan müxbirimiz Günel Səfərova orada olduğu zaman seçici görməyib.
Namizəd Zahid Oruc və namizəd İlham Əliyevin müşahidəçiləri bildirib ki, hələlik hansısa problemə rast gəlməyiblər.
Müxbirimiz müşahidəçilərin qeydiyyat üçün dəftər-qələmlərinin olmadığını da deyir.
"Hüquq pozuntusu olmayıb, seçki normal qaydada keçir.. qeydiyyat aparırıq, gələn-gedənlərə nəzarət edirik", Zahid Orucun nümayəndəsi Əkbərova Təranə müsahibəsində deyib.
Bu video seçki gününə iki gün qalmış hazırlanıb.
Prezident seçkisinə dair ödənişsiz teledebatların sona gəlməsi ilə BBC Azərbaycanca Bakı sakinlərinin namizədlər barədə nə qədər məlumatlı olduqlarını öyrənməyə çalışıb.
"Bu məntəqədə 6 müşahidəçi qeydiyyatdan keçib, lakin onlardan yalnız biri- YAP-dan olan müşahidəçi yerində oturub. Digər iki nəfər isə yan otaqda nərd oynayırdı", müxbirimiz Səadət Akifqızı Xırdalanda 45 saylı Abşeron seçki dairəsinin 3 saylı məntəqəsindəki müşahidələrini deyir.
Müxbirimiz onu da deyir ki, müşahidəçilər özlərini təqdim edərkən adlarını və haranı təmsil etdiklərini onlara verilmiş vəsiqələrdən oxuyublar.
Müxbirimiz Səadət Akifqızı 45 saylı Abşeron seçki dairəsinin 3 saylı məntəqəsində başı kəsilmiş halda bir topa bülleten görüb.
Məntəqə sədri Aidə Aslanova bunu "seçicilərin çox gəldiyi üçün əvvəldən hazırlandığı" ilə izah edib.
Müxbirimiz deyir ki, onun sualından sonra bu topa bülletenlər götürülüb və seçicilərə yeni bülletenlər verilib.
Bundan başqa, bir seçici barmağına mürəkkəb vurulmasını istəməyib. Məntəqə sədri bildirib ki, belə halda həmin seçiciyə bülleten verilə bilməz.
31 saylı Suraxanı II seçki dairəsinin 9 saylı seçki məntəqəsində olan müxbirimiz Günel Səfərova Şamaxı rayonu qeydiyyatlı bir qadının səsvermək üzrə olduğunu görüb.
Müxbirimizin sualından sonra məntəqəni tərk edən qadın küçədə gözləyib.
"Müşahidəçilərin heç birinin dəftər qələmi yoxdur", deyən müxbirimiz qeyd edir ki, müşahidəçilər müsahibə vermək istəməyib, lakin "hələlik heç bir problem olmadığını" deyiblər.
Prezident İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri səs veriblər.
APA yazır ki, Əliyevlər ailəsi 29 saylı Səbail Seçki Dairəsinin 6 nömrəli orta məktəbdə yerləşən 6 saylı seçki məntəqəsinə gələrək səsvermə hüququndan istifadə edib.
Baş nazir Artur Rəsizadə səs verib, APA yazır ki, o, 16 saylı II Yasamal seçki dairəsinin 29 saylı seçki məntəqəsində səs verib.