Michael Schumacher-i komadan və xəstəxanadan çıxartdılar

Şəklin mənbəyi, Reuters
Əfasənəvi alman avtoötüşçüsü Michael Schumacher komadan çıxarılıb və Fransanın Grenoble şəhərindəki xəstəxananı tərk edib.
Onun nümayəndəsi Sabine Kehm deyib ki, indi idmançının uzunmüddətli bərpa-müalicə dövrü başlanır.
Kehm bildirib ki, ailəsi Schumacher-i müalicə edən bütün həkimlərə, tibb bacılarına və terapevtlərə, habelə xizək trasındakı qəzadan sonra ona dəstək vermiş bütün insanlara minnətdalığını bildirir.
İdmançının bundan sonrakı müalicəsi ictimaiyyəytin diqqətindən kənar bir yerdə davam etdiriləcək.
45 yaşlı avtoötüş ulduzu dekabrın 29-da Alp dağlarında xizək sürərkən ciddi beyin zədəsi almışdı.
Aprelin əvvəllərində Schumacher-in özünə gəlməyə başladığı barədə məlumat verilmişdi.
Schumacher 2012-ci ildə özünün avtoidmandakı karyerasının 20 illiyini qeyd edib.
Bu müddətdə o, Formula-1 yarışlarında 7 dəfə dünya çempionu olub.























