Vyetnam yaxınlığında yoxa çıxmış Malayziya təyyarəsi axtarılır

Şəklin mənbəyi, AP
Malayziya ilə Vyetnam arasındakı Cənubi-Çin dəniz sularında Malayziyadan Çinə uçarkən yoxa çıxmış sərnişin təyyarəsinin axtarışı aparılır.
Göyərtəsində 239 sərnişin olan Malaysia Airlines şirkətinə məxsus Boeing -777 sonuncu dəfə mərkəzlə əlaqəyə, göyə qalxdıqdan iki saat keçmiş, Vyetnam hava məkanında girib.
Çinin aviasiya qurumu cədvələ görə yerli vaxtla saat 6:30-da Pekində enməli olan təyyarənin nəzarətindəki hava məkanına daxil olmadığını bildirib.
Hava limanı lövhələrində reysin bir müddət gecikdiyi göstərilib. Lakin daha sonra bu məlumat yığışdırlıb.
Çin mediası Vyetnam sahillərindəki axtarışa qatılmaq üçün əraziyə iki gəminin göndərildiyini bildirib.
Yaxşı hava şəraitində uçuş həyata keçirən təyyarə heyyətindən hər-hansı nasazlıq barədə xəbər daxil olmayıb.
Boeing 777 təhlükəsizlik baxımından kifayət qədər ehtibarlı göstəricilərə malikdir.
Bu növ təyyarələrin 20 illik istismar tarixində yalnız bir qəza halı qeydə alınıb: 2013-cü ildə baş verən hadisə nəticəsində 3 məktəbli qız həlak olmuş və 80 artıq adam tivvi yardım göstərilmişdir.
Təyyarə sərnişinləri arasında bir rusiyalı və iki ukraynalı da daxil olmaqla 14 ölkənin vətəndaşları olub.























