Koronavirusa qalib gələn ölkə, futbol pandemiyadan əvvəl və sonra, 6 gün quyuda qalan adam

Çap edildi

Yeni Zelandiyada 0 virus

Yeni Zelandiyada aktiv Covid-19 virusu yoxdur, bazar ertəsi rəsmilər son xəstənin sağalmasından sonra açıqlayıb.

Bu açıqlama son iki həftədən çox müddətdə yeni yoluxma hallarının qeydə alınmamasından sonra verilib.

Yeni Zelandiya həftələr boyu dünyanın ən sərt karantinlərindən birini tətbiq edib və pandemiyanın kəskinləşməsini uğurla dayandırıb.

Ölkədə 1504 koronavirusa yoluxma halı qeydə alınıb, 22 nəfər ölüb.

Futbol pandemiyadan əvvəl və sonra

Yunanıstanın Thessaloniki şəhərində yerləşən Toumba stadionu Avropanın ən səs-küylü futbol stadionlarından biri kimi tanınır.

Aşağıdakı ilk iki şəkil fevral ayında, sonrakı iki şəkil isə bazar günü çəkilib.

Sonuncu şəkillərdə virusun yayılma təhlükəsinə görə azarkeşlərin stadionda iştirakı məhdudlaşıb.

6 gün quyuda qalan adam

İndoneziyanın Bali adasında quyuya düşən britaniyalı 6 gün sonra xilas edilib.

29 yaşlı Jacob Roberts itdən qaçarkən 4 metr dərinliyi olan quyuya düşərək ayağını sındırıb, AFP yerli rəsmilərə istinadən bildirib.

Quyu demək olar ki, quru olsa da, Jacob ayağındakı zədəyə görə oradan xilas ola bilməyib.

Jacobs Robertin yardım qışqırıqlarını yerli sakinlərdən biri eşidib.

O, quyudan çıxarılaraq xəstəxanaya aparılıb.