You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Matrix 4 çəkiləcək: baş rollarda Keanu Reeves və Carrie-Anne Moss olacaq
Dünyanın ən böyük kino film və televiziya şirkətlərindən biri olan Warner Bros bir dövr çox məşhur olan elmi-fantastika filmi Matrix-in dördüncüsünün çəkiləcəyini açıqlayıb.
Matrix 4-də baş rollarda yenə Keanu Reeves və Carrie-Anne Moss olacaq.
Keanu Reeves "Neo", Carrie-Anne Moss isə "Trinity" rollarını canlandıracaq.
Warner Bros və Village Roadshow Pictures ortaqlığı ilə çəkiləcək filmin rejissoru və senari müəllifi Lana Wachowski olacaq.
Matrix 4-ün əvvəlkilərin "davam filmi" olub-olmayacağı isə açıqlanmayıb.
Warner Bros sadəcə filmin "Matrix dünyasında baş verəcəyini" bəyan etməklə kifayətlənib.
Matrix 4-ün nə zaman çəkiləcəyi və göstəriləcəyi hələki açıqlanmayıb.
Filmin nümayişindən 1 milyard 600 milyon dollar gəlir olub
"Biri var baş verən həqiqət, biri də var baş verəndən uzaqdakı həqiqət" anlayışı ətrafında hazırlanan Matrix filmlərinin ilki 20 il əvvəl çəkilib.
ABŞ-da bu ay filmin xüsusi nümayişlərlə yenidən göstərilməsi planlaşdırılır.
Matrix filmlərindən üçüncüsü olan "The Matrix Revolutions" 2003-cü ildə dünya üzrə eyni saatda nümayişə təqdim olunan ilk film olub.
Matrix filmlərinin hər üçünün birlikdə nümayişindən əldə olunan məbləğ 1 milyard 600 milyon dollar olub.
"Matrix Revolutions" filminin axırında insanla texnika arasındakı müharibə həssas bir həll yolu ilə başa çatmışdı.