ABŞ-da 24 saat ərzində ikinci faciə: Ohio-da atışmada 9 nəfər ölüb, onlarla adam yaralınıb

Çap edildi

ABŞ-da, Ohio ştatının Dayton şəhərində naməlum şəxsin şəhər barlarından birinin yaxınlığında atəş açması nəticəsində doqquz nəfər ölüb, onlarla insan yaralanıb.

Polisin bildirdiyinə görə, hücum edən şəxs öldürülüb.

Zərərçəkənlər yerli xəstəxanalara çatdırılır.

Şəhər polisi faciə yerinin yaxınlığında olan hər kəsdən faciənin mənzərəsini aydınlaşdırmağa kömək edəcək istənilən məlumatı bölüşməyi xahiş edib.

Şəhərin Oregon rayonunda yerləşən barın yaxınlığında atəş açılması barədə ilk xəbərlərin polisə yerli vaxtla gecə saat 01:00-da (09:00 Bakı vaxtı) radələrində çatdığı bildirilir.

"Əməkdaşlarımız atışmanın başladığı yerə çox yaxın idilər, tez cavab verə və vəziyyətə nəzarət edə bildilər" - Dayton polis idarəsinin Twitter-dəki səhifəsində deyilib.

Ohio-da atışma ABŞ-ın Texas ştatında, El Paso şəhərindəki Walmart supermarketinə silahlı hücumdan cəmi bir neçə saat sonra baş verib.