You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Zimbabve prezidenti Robert Mugabe istefa verərək 37 illik hakimiyyətini sonlandırıb
Zimbabvenin prezidenti Robert Mugabe vəzifəsindən istefa verib, Zimbabve parlamentinin spikeri Jacob Mudenda deyib.
Robert Mugabe-nin istefasını bəyan edən məktub parlamentdə prezidentin impiçmentinə dair müzakirələr zamanı parlamentin spikerinə çatdırılıb.
Məktubda cənab Mugabe yazıb ki, onun qərarı könüllüdür və hakimiyyətin yüngül keçidi üçün verilib, Reuters agentliyi bildirir.
Həmçinin oxuyun:
Zimbabvenin paytaxtı Hararedə cənab Mugabe-nin qərarı sevinclə qeyd olunub.
Bundan əvvəl, keçən həftə baş vermiş hərbi müdaxilə və onun istefasını tələb edən kütləvi etiraz aksiyalarına baxmayaraq, Robert Mugabe istefa verməkdən imtina edirdi.
Bazar ertəsi günü dövlət televiziyasında canlı yayımlanan çıxışında istefa verməsi gözlənildiyinə baxmayaraq, Robert Mugabe hakmiyyətdə qaldığını bəyan etmişdi.
Bundan sonra Zimbabvedə xüsusi siyasi qüvvəyə sahib olan Zimbabve Milli Azadlıq Müharibəsi Veteranları Assosiasiyası Robert Mugabe-nin razılaşmış və istefasını bəyan edən çıxışı yayım vaxtı dəyişdiyini iddia etmişdi.
Bununla yanaşı, cənab Mugabe-nin öz partiyası, Zanu PF, keçən həftə onu partiyanın sədrliyindən xaric edib və onu keçmiş vitse-prezidentlə əvəzləyib.
Zimbabvenin 1980-cı il müstəqilliyindən bəri ölkəyə rəhbərlik edən cənab Mugabe-nin 93 yaşı var.