Zimbabvedə nə baş verir?: 5 suala cavab

Çap edildi

Hərbiyyə hərəkətini necə əsaslandırıb?

Televiziya ilə çıxış edən general-mayor Sibusiso Moyo bəyan edib ki, prezident Robert Mugabe və onun ailəsinin təhlükəsizliyi təmin edilir.

Onun təbirincə, ordunun hədəfi yalnız Mugabe-nin ətrafında olan və ölkədə "sosial-iqtisadi çətinliklər yaradan kriminallardır".

"Missiyamızı başa vuran kimi, vəziyyətin normal məcrasına qayıdacağını güman edirk", - Moyo deyib.

Hərbçilərin hərəkətinin kim tərəfindən idarə olunduğu aydın deyil.

Ötən həftə Çində səfərdə olmuş ordu başçısı, general Constantino Chiwenga bazar ertəsi deyib ki, ordu hakim ZANU-PF partiyasında təmizləmələrə son qoymaq üçün hərəkətə keçməyə hazırdır.

Atışma barədə nə məlumatımız var?

Atəş səsləri paytaxt Hararenin şimal rayonlarında, cənab Mugabe və bir çox hökümət rəsmilərin yaşadığı ərazidə eşidilib, BBC-nin müxbiri Shingai Nyoka deyir.

Bir şahid AFP xəbər agentliyinə deyib ki, atəş səsləri çərşənbə günü səhər saatlarında cənab Mugabe-nin evinin yerləşdiyi Borrowdale rayonundan gəlib.

Kimsə tutulubmu?

Hökümət mənbəyi Reuters agentliyinə Maliyyə naziri Ignatius Chombo-nun tutlduğunu bildirib.

O, Zanu-PF partiyasının Robert Mugabe-nin arvadı Grace Mugabe tərəfindən idarə olunan fraksiyasının aparıcı üzvüdür.

Bu çevrilişdirmi?

Zimbabvenin müxalifət lideri Morgan Tsvangirai-nin keçmiş müşaviri Alex Magaisa, BBC-yə deyib ki, çevriliş - qeyri-populyar bir aksiya olduğundan, Zimbabve hərbiyyəsi öz əməliyyatını çevriliş adlandırmaq istəməyib.

"Onlar bilib ki, çevriliş pislənəcək. Lakin aydındır ki, prezident Mugabe hazırda yalnız sözdə prezidentdir, hakimiyyət isə hərbiyyəyə keçib", - Alex Magaisa əlavə edib.

Hərbçilərin hərəkətindən əvvəl siyasi vəziyyət necə idi?

Xanım Mugabə və cənab Mnangagwa arasındaki siyasi mübarizə hakim Zanu-PF partiyasında bölüşməyə səbəb olub.

General Chiwenga cənab Mnangagwa-ya yaxındır. Onların ikisi də 1970-ci illərdə ağdərililərin hakimiyyətinə son qoyan müharibənin veternlarıdırlar.

Müharibə veteranlarının lideri Chris Mutsvangwa hərbçilərin hərəkətini müsbət qarşılayaraq Reuters-ə deyib: "Bu, uçurumun ucuna sürətlə yaxınlaşan vəziyyətin düzəldilməsidir."

"Bu, gənc bir dövlətin tarixində çox ağrılı və kədərli fəsilin sonudur. Bu fəsildə bir diktator qocaldıqca öz hakimiyyətini arvadının ətrafındaki bir dəstə quldura verib."