Bakıda İrana etiraz: Polis aksiyanı dağıdıb

Çap edildi

Noyabrın 15-ində Müsavat Partiyasının bəzi fəalları İran səfirliyinin qarşısında piket keçiriblər.

"Azadlıq, Ədalət, Milli Hökumət" şüarı səsləndirən piketçilər Azərbaycanla arasında yaranmış münasibətə görə İranı tənqid ediblər və İranda yaşayan azərbaycanlıların hüquqlarının pozulmasına, iran azərbaycanlı fəalların həbsinə etiraz ediblər.

Polis etirazçıları ərazidən uzaqlaşdırıb. Daxili İşlər Nazirliyindən BBC-yə bildirilib ki, piket Bakı şəhər icra hakimiyyəti ilə razılaşdırılmadığı üçün polis aksiyanın qarşısını alıb, amma saxlanan olmayıb.

İranın Azərbaycandakı səfirliyindən BBC-yə deyiblər ki, onlar hər hansı etirazın şahidi olmayıblar, əks halda münasibətlərini bildirərdilər.

Rəsmi Bakı və Tehran arasında son günlər münasibətlərdə gərginləşmə müşahidə olunur. Azərbaycan və İran xarici işlər nazirlikləri bir-birinin səfirini çağıraraq ona etiraz bildirib.

İki ölkə arasında münasibətin pisləşməsi həm də İranda insan haqları ilə bağlı ketləvi etirazların baş verməsi ilə eyni vaxta təsadüf edib.

Videonu YOUTUBE kanalımızdan izləyin.

Videonu BBC News Azərbaycanca üçün Bakıdan Əminə Məmmədova çəkib.