Qaxda Kürmükoba bayramı - şəkillər

Çap edildi

Azərbaycanın Qax rayonunda yerli sakinlər pandemiyaya görə yaranan fasilədən sonra yenidən Kürmükoba bayramını qeyd edirlər.

Bu gündə yerli gürcülər rayon ərazisində yerləşən Kürmük kilsəsini ziyarət edir.Onlar bunu Müqəddəs Georgi "Kilsə günü" adlandırır.

Bu bayramı azərbaycanlılar da qeyd edirlər.

Kilsəyə ayaqyalın qalxmaq bu bayramın ənənələrindəndir.

İnanclılar əhdləri yerinə yetdikdə ayaqyalın kilsəyə qalxır.

Havanın temperaturu 18 dərəcə olsa da torpaq nəm və soyuqdur.

Ziyarətçilər isə deyirlər ki, bu soyuq torpaqda ayaqyalın gəzmək "onları xəstələndirməz".

Kilsəyə qalxan yol boyu şamlar yandırılıb.

İnsanlar şam yandıra-yandıra kilsəyə çatır.

Ziyarətçilər pandemiyadan sonra bayramı qeyd edə bildikləri üçün Tanrıya şükürlər etdiklərini deyirlər.

Müqəddəs Georgi günü Pasxa bayramından sonra gəlir və baharın gəldiyini simvolizə edir, yerli sakinlər deyir.

Şəkilləri Əminə Məmmədova çəkib.