Qaxda Kürmükoba bayramı - şəkillər

Qadın əlində xoruz tutur
Şəklin alt yazısı, Tsisana Sakenalaşvili Kürmük kilsəsini ziyarətə gələn etnik gürcülərdəndir. O, nəvəsinin olmasını istəyib. Arzusu çin olduğu üçün xoruzdan qurban kəsəcək.
Çap edildi

Azərbaycanın Qax rayonunda yerli sakinlər pandemiyaya görə yaranan fasilədən sonra yenidən Kürmükoba bayramını qeyd edirlər.

Bu gündə yerli gürcülər rayon ərazisində yerləşən Kürmük kilsəsini ziyarət edir.Onlar bunu Müqəddəs Georgi "Kilsə günü" adlandırır.

Bu bayramı azərbaycanlılar da qeyd edirlər.

Mali Hacıyeva
Şəklin alt yazısı, Mali Hacıyeva deyir ki, pandemiya səbəbi ilə 3 ildir ki, bayramı qeyd edə bilməyib. Lakin bu müddət ərzində əhd edib ki, gəlini tutulduğu xəstəlikdən xilas olsun, o da ilk fürsət də ayaqyalın kiləsəyə qalxsın

Kilsəyə ayaqyalın qalxmaq bu bayramın ənənələrindəndir.

İnanclılar əhdləri yerinə yetdikdə ayaqyalın kilsəyə qalxır.

Ayaq yaıln zəvvar

Havanın temperaturu 18 dərəcə olsa da torpaq nəm və soyuqdur.

Ziyarətçilər isə deyirlər ki, bu soyuq torpaqda ayaqyalın gəzmək "onları xəstələndirməz".

Qadın

Kilsəyə qalxan yol boyu şamlar yandırılıb.

İnsanlar şam yandıra-yandıra kilsəyə çatır.

Şam yandıran qadın ər
Şam yandıran sakinlər
Şam yandıran kişi

Şəklin mənbəyi, BBC

Ziyarətçilər pandemiyadan sonra bayramı qeyd edə bildikləri üçün Tanrıya şükürlər etdiklərini deyirlər.

Kilsədə ibadət

Müqəddəs Georgi günü Pasxa bayramından sonra gəlir və baharın gəldiyini simvolizə edir, yerli sakinlər deyir.

Şəkil çəkən kişi

Şəkilləri Əminə Məmmədova çəkib.