You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Prezident ofisi ətrafından çıxarılan etirazçılar: "İlham Əliyev bizi eşitmir? Biz İlham Əliyevi istəyirik’’
Bu gün Bakıda təklif olunan təzminatdan narazı olan Sovetski sakinləri Prezident Administrasiya qarşısında etiraz etməyə cəhd ediblər, lakin polis onları avtobuslara mindirərək ərazidən uzaqlaşdırıb.
Etirazçılar sökülmüş evlərinin əvəzində onlara verilən təzminatın miqdarından dan narazıdır.
"Bizə elə pul verirlər ki... Propiskasızıq [qeydiyyatsız- red.], deyirlər siçan evi idi. Nə siçan evi? Böyük mülklər idi, öz qohum-əqrəbalarımız idi", şikayətçilərdən biri yerli mediaya deyib.
Məmurlardan şikayət edən qadın Prezident İlham Əliyevə müraciət edərək, ondan kömək istəyib.
"Mən də burda yaşayırdım, mərkəzdə idim, qazım vardı, suyum vardı. Yaşayırdım da, pis-yaxşı yaşayırdım."
"Biz sadə Sovetski vətəndaşlarıyıq, müxalif qüvvə deyilik" deyərək danışmağa başlayan bir qadını polis nəfərləri avtobusa mindirir, Mikroskop Media saytının yaydığı videoda görünür.
Avtobusa mindirilmələrinin səbəbindən danışan bir şikayətçi deyir ki, polis onları icra hakimiyyəti qarşısına göndərib.
"Burda polislər yaxınlaşdılar ki, görürsüz sizinlə yaxşı davrandıq. ... Hörmət qoyaq bir-birimizə, gedib sözünüzü hara istəyirsiz, icraya deyin, burada deməyin. Niyə görə biz Pezident Aparatına gəlib, Prezidentimizə söz deyəndə bunlar dəli olurlar? Niyə? Çünki Prezident bu işə baxır. Prezident bilir ki, şərəfsizlik eləyənlər kimdir."
Dolu avtobusun göstərildiyi videoda şikayətçilərin sürücüdən qapını açmağını tələb etdiyi görünür. Amma sürücü bunu etməyib. Bu səbəbdən sürücü ilə sakinlər arasında mübahisə baş verdiyi görünür.
Avtobusun içində olan başqa bir şikayətçi Prezident İlham Əliyevə xitabən deyir ki, prezidentin büdcədən pul verməsini tələb etmədiklərini deyir.
Avtobusun içində olan başqa bir şikayətçi Prezident İlham Əliyevə xitabən deyir ki, prezidentin büdcədən pul verməsini tələb etmədiklərini deyir.
"İlham Əliyev bizi eşitmir? Biz İlham Əliyevi istəyirik", başqa bir qadın söyləyib.
"Sözümüzü də polislərin əlindən deyə bilmirik. Hara gediirk polis çıxardırlar qabağımıza. Hara gediirk polis çıxardırlar qabağımıza. Belə biyabırçılıq olar? Belə rüsvayçılıq olar? Sakit, sivil şəkildə vətəndaş çıxır küçəyə haqqını tələb edir 50 dənə polis tökülür. Bizim heç kimlə əlaqəmiz yoxdur. Biz ancaq haqqımızı tələb edirik'', etirazçılardan biri deyib.
Onlar evlərindən zorla və təhdidlərə görə çıxarıldıqlarını, onlara veriləcək təzminatın mənimsənildiyini iddia edirlər.