Türkiyə-Azərbaycan hərbçilərinin birgə təlimləri, Qarabağda itkin düşənlər axtarılır

Çap edildi

Türkiyənin şərqində Türkiyə-Azərbaycan hərbi təlimləri keçirilir, Dağlıq Qarabağda itkin düşənlərin axtarışı ilə bağlı müraciətlər daxil olur, - bu və digər məlumatlar BBC News Azərbaycancanın icmalında.

Qarsda Türkiyə-Azərbaycan hərbi təlimləri keçirilir

Türkiyənin şərqində Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin "Qış-2021" hərbi təlimləri davam edir.

Qarsda keçirilən manevrlərin məqsədi birgə əməliyyatlar zamanı hərəkətlərin koordinasiyasını təmin etmək, həmçinin yeni silah və nəqliyyat vasitələrini sınaqdan keçirməkdir, Türkiyənin Müdafiə Nazirliyi bildirir.

1 fevralda başlayan manevrlər" gələn həftənin sonunda başa çatır.

Türkiyə Azərbaycanın yaxın hərbi müttəfiqi və silah təchizatçısıdır.

Qarabağda itkin düşənlərin axtarışı üzrə 2400-dək müraciət olub - Rusiya

Məlumata əsasən, axtarış fəaliyyəti Rusiya sülhməramlıları, Beynəlxalq Qırmızı Xaç Komitəsi, Azərbaycan və Ermənistan nümayəndələri ilə birlikdə həyata keçirilir.

"Bütün müraciətlər qeyd olunur, məlumat bazasına daxil edilir və birgə axtarış qruplarına ötürülür", - rəsmi məlumatda deyilir.

Ermənistan hökuməti indiyədək Qarabağda həlak olan 3439 nəfərin cəsədinin tapıldığını bildirir. Onlardan 776 nəfərin kimliyi müəyyənləşdirilməyib.

Həmçinin oxuyun: