Azərbaycana gələn turistlərin sayı nə qədər azaldı? Çağırışçılara xidmət yerləri barədə məlumat verilib, Azərbaycan nefti cüzi bahalaşıb

Baku

Şəklin mənbəyi, Getty Images

Çap edildi

Azərbaycana gələn turist sayında azalmanın miqyası acıqlandı, çağırışçılara xidmət yerləri barədə məlumat verilib, Azərbaycan nefti cüzi bahalaşıb - bu və digər xəbərlər BBC News Azərbaycancanın xəbərlər icmalında.

Azərbaycana gələn turist sayında azalma, kim və haradan gəlir?

Rəsmi statistika göstəricilərinə əsasən, cari ilin yanvar-avqust aylarında Azərbaycana 155 ölkədən 649,7 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib ki, bu da əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 3,3 dəfə azdır.

Baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə ilə həyata keçirilib, Azertag agentliyinin şənbə günü yaydığı xəbərdə göstərilir.

Bu dövrdə Azərbaycana gələnlərin yarıdan çoxu Rusiya və Gürcüstan vətəndaşları olub. Bundan sonra Türkiyə (17 faiz) və İran gəlir (7,8 faiz).

Beynəlxalq "АrMi-2017" hərbi oyunları

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Beynəlxalq "АrMi-2017" hərbi oyunları (Arxiv görüntüsü)

Çağırışçılara xidmət yerləri barədə məlumat verilib

Azərbaycanda 2020-ci ilin oktyabrında həqiqi hərbi xidmətə göndəriləcək çağırışçılar Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Silahlı Qüvvələr üzrə xidmət yerlərinə təyinatla bağlı SMS mesajı ilə məlumatlandırılıblar, rəsmi açıqlamada deyilir.

SHXÇDX saytında özləri barədə lazımi informasiyanı daxil etməklə çağırışçılar hərbi hissə və qoşun növü barədə detalları dəqiqləşdirə bilərlər.

Həmçinin mobil telefonlardan çağırışçının şəxsiyyət vəsiqəsinin nömrəsini (yeni nəsil şəxsiyyət vəsiqələrində isə seriya və nömrəni daxil edərək) 9100 nömrəsinə mesaj şəklində göndərməklə də məlumat əldə etmək mümkündür.

Neft bazarlarında eniş, lakin Azərbaycan nefti cüzi bahalaşıb

neft

Şəklin mənbəyi, Reuters

Şəklin alt yazısı, ABŞ dünyanın rəqibsiz neft hegemonuna çevriləcək

Qlobal neft qiymətləri bu həftəni itkilərlə başa vurub.

Bir sıra təhlillərdə deyilir ki, koronovirusa yoluxma hallarının artması tələbatın azalacağı ilə bağlı proqnozlara zəmin yaradıb və bu da neftin qiymətini aşağı sürükləyir.

Sonuncu rəqəmlərə görə, WTI neftinin bir barreli 40,25 dollara satılıb. Brent markası isə 41,92 dollar səviyyəsində qərarlaşıb.

Bu arada Azeri Light markalı neftin qiyməti 0,78 faiz artaraq 44,10 dollara çatıb.

Qaqik Tsarukyan

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Qaqik Tsarukyan

Ermənistanlı "oliqarx" həbs olundu

Yerevan məhkəməsi Firavan Ermənistan müxalifət partiyasının liderinə dair həbsi qərarını çıxarıb. Qagik Tsarukyan seçkilər vaxtı rüşvət verməkdə ittiham olunur.

Siyasətçi ona qarşı açılan cinayət işinin siyasi motivli olduğunu bildirir.

Milli Təhlükəsizlik Xidmətinin (SNB) verdiyi məlumata görə, "qanun pozuntuları" 2017-ci il parlament seçkiləri ərəfəsinə aiddir.

Siyasətçinin vəkili məhkəmə qərarından apellyasiya verəcəyini deyib.

Ölkənin ən varlı adamlarından biri hesab olunan Qaqik Tsarukyanın hökumətlə qarşıdurması, iqtidar-müxalifət arasındakı informasiya müharibəsi fonunda keçir. Müxalifət lideri iyun ayında deputat toxunulmazlığından məhrum edilib.