You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
"Əfqan Muxtarlının əfvlə azadlığa çıxması ehtimalı azdır", millət vəkili
Çərşənbə axşamı günü vəkil Nemət Kərimli həbsdə olan jurnalist Əfqan Muxtarlının "tibbi vəziyyətinin" ciddi olması ilə bağlı məlumat yayıb.
O, BBC News Azərbaycancaya bildirib ki, jurnalistin tibbi müayinəsi aparılsa da, "nəticələri nə ona, nə də müvəkkilinə bildirilməyib".
"Sentyabr ayının əvvəllərində penitensiar xidmətin tibb əməkdaşları onu müayinə etsə də, nəticələri barədə nə mənə, nə də onun özünə məlumat verilməyib, yəqin ki, vəziyyəti çox ciddidir", vəkil deyib.
Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadiqov BBC News Azərbaycancaya deyib ki, "məhbusun vəziyyəti ilə bağlı vəkilin iddiası yanlışdır".
Bu arada, həbsdə olan jurnalist Əfqan Muxtarlının azadlığa buraxılması üçün bir qrup media mənsubu hökumətə müraciət edib.
"Çağırışlar hakimiyyətədir"
"Məhbus Əfqan Muxtarlının vəziyyətilə mən özüm bu yaxınlarda maraqlanmışam, səhhəti yaxşıdır, Penitensiar Xidmətin mətbuat xidmətinin rəhbəri Mehman Sadiqov deyib.
"Hüquqlarını müdafiə etdiyim siyasi məhbus Əfqan Muxtarlı şəkər və qan təzyiqi xəstəliklərindən ciddi əziyyət çəkir. ", - vəkil deyib.
Vəkilin sözlərinə görə, Əfqan Muxtatlının və digər siyasi məhbusların azad edilməsi 18-də Dövlət Müstəqilliyin bərpası günü bayram töhfəsi ola bilər.
Əfqan Muxtarlının həbsdən azad edilməsi ilə bağlı hakimiyyətə çağrış edən jurnalistlər də bu çağrıçın ölkədə mühitin sağlamlaşdırılmasına yaxşı təsir edəcəyini bildiriblər.
BBC News Azərbaycancaya danışan Turan İnfromasiya Agentliyinin rəhbəri Mehman Əliyev deyib ki, onların çağırışları hakimiyyətə və onun bütün inistutlarınadır.
"Bu yaxınlarda Gürcüstanın Tbiilis şəhərində Cənubi Qafqaz ölkələrinin media qurumları konfransında iştirak edərkən Əfqan Muxtarılının həyat yoldaşı Leyla xanımla bu məsələni müzakirə etdik. Əfqan Muxtarlı və həbsdə olan jurnalistlərin qanunsuz həbsi barəsində çıxşımız oldu və orada belə qərara gəldik", Mehman Əliyev deyib.
Mehaman Əliyevlə bərabər hakimiyyətə çağırışa Elçin Şıxlı, Arif Əliyev və Qulu Məhərrəmli qoşulub.
Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü, millət vəkili Çingiz Qənizadə BBC News Azərbaycancaya deyib ki, "Əfqan Muxtarlının əfvlə azadlığa çıxması ehtimalı azdır".
Onun sözlərinə görə Əfv komissiyası üzvlərinin yalnız onun azadlığa buraxılması üçün toplaşması qeyri mümkündür.
O deyib ki, Əfv komissiyasının üzvləri hər il əfv sərəncamı verilməmişdən əvvəl toplaşıb yüzlərlə müraciətlərə baxırlar.
"Əfqan Muxtarlının azadlığa buraxılması üçün 18 oktyabr tarixi istənilib və buna çox az zaman qalıb", Çingiz Qənizadə bildirib.
O deyib ki, əgər onu prezident əfv etsə, bu onun müstəsna səlahiyyətdir və bunu hər zaman edə bilər.
"Mən bir çox Avropa təşkilatları ilə Azərbaycan arasında fikir ayrılığına gətirib çıxarılmasına səbəb olan şəxslərin o cümlədən Əfqan Muxtarlının azadlığa çıxmasının mən tərəfdarıyam", Çingiz Qənizadə deyib.
O bildirib ki, əgər Əfqan Muxtarlının səhhətində həqiqətən problem varsa, o Ədliyyə Nazirliyi yanındakı ictimi komitənin üzvü kimi araşdırıb onun müalicə olunması sahəsində işlər aparacaq.
Cingiz Qənizadə "prezidentin ilin sonunda əfv sərəncamı verəcəyinə ümidli olduğunu deyib, amma bunu "ehtimalla" bildirdiyini əlavə edib.
Əfqan Muxtarlı kimdir?
Jurnalist Əfqan Muxtarlı yerli və beynəlxalq platformalarda Azərbaycanda olan problemlərdən yazıb.
O, son bir neçə ildə 3 araşdırma edib və iddia edib ki, prezident İlham Əliyevin ailəsinə bağlı şirkətlər Gürcüstanda biznes şəbəkəsi qurublar. Bununla yanaşı o, Müdafiə Nazirliyində olan korrupsiya və büdcə pullarının xərclənməsi barədə yazılar yazıb.
2014-cü il dekabrın 5-də dostu və həmkarı araşdırmaçı jurnalist Xədicə İsmayılova həbs edildikdən sonra o, araşdırmalarını davam etməyə başlayıb və Gürcüstanın paytaxtı Tbilisi şəhərində fəaliyyət göstərib.
Beynəlxalq insan hüquqları müdafiəsi təşkilatları onun həbsinin siyasi motivli olduğunu elan etsələr də, rəsmi ittihamla ona 6 il həbs cəzası verilib.