Teymur Rəcəbov Dünya Şahmat Kubokunu qazanıb

Şəklin mənbəyi, Getty Images
Azərbaycancanlı şahmatçı Teymur Rəcəbov cümə günü Khanty-Mansiysk-də Beynəlxalq Şahmat Federasiyasının təşkil etdiyi Dünya Şahmat Kubokunun final matçının 5-ci (tai-break) oyununda çinli Ding Lireni 6:4 hesabı ilə məğlub edərək kuboku qazanıb.
Bunu BBC News Azərbaycancaya şahmatçı Rauf Məmmədov deyib.
"Oyunu çox maraqlı keçdi. Teymur 6:4 hesabıyla o möhtəşəm qələbəni qazandı", Rauf Məmmədov bildirib.
Teymur Rəcəbov Dünya Şahmat Kubokunun final matçında Ding Lirenlə hesabı heç-heçə etmişdi.
Çərşənbə axşamı günü oyunu dəyərləndirən Azərbaycanlı şahmatçı Rauf Məmmədov BBC News Azərbaycancaya "hər iki şahmatçının üç həftə davamlı Dünya Çempionatının finalında oynadıqları üçün yorğun olduqlarını" bildirmişdi.
Cənab Məmmədov "hər iki şahmatçının iddiaçılar turnirinə çıxdığı üçün məqsədlərinə demək olar ki, çatdıqlarını" da demişdi.
O, həmçinin ikinci oyunda "Ding Lirenin risk edəcəyi təqdirdə Teymur Rəcəbovun qara fiqurlarla qələbə şansının mümkünlüyünü" də vurğulamışdı.
"Yəni, ağlar riskli gediş etməsə, bu səviyyədə qaralar üçün qələbə qazanmaq çox çətindir. Bu final matçı birinci səhvə qədər davam edəcək. Birinci səhvi kim edəcəksə, həmin şəxs qələbəni digərinə vermiş olacaq", şahmatçı bildirmişdi.
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov 2019 Dünya Şahmat Kubokunun yarımfinal mərhələsində fransalı rəqibi Maxime Vachier-Lagrave-ı ötən həftə məğlub edərək turnirin finalına keçib.
Finala yolunda onun məğlub etdiyi şahmatçılar arasında Şəhriyar Məmmədyarov da olub.
Bu mərhələyə çatmaqla Teymur Rəcəbov, həmçinin 2020-ci il Dünya Şahmat İddiaçılar Turnirində 8 yerdən birini əldə edib.
Lakin şahmatçı oyundan sonra peşəkar karyerasını tərk etməyi nəzərdən keçirdiyini deyib.
























