Trump-ın Əliyevə bağışladığı sikkə nədir?

Çap edildi
Oxuma vaxtı: 1 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

ABŞ Prezidenti Donald Trump-ın Vaşinqtonda rəsmi səfərdə olan azərbaycanlı həmkarı İlham Əliyevə verdiyi hədiyyələr arasında sikkələr də olub.

Video açılmırsa, Youtube kanalımızda izləyin

Onların bu dialoqunun əks olunduğu videolar yayılıb.

Bu dialoqdan görünür ki, İlham Əliyev 9 nəvəsi olduğu üçün sikkələrin hamısını götürmək istəyir.

Trump isə deyib ki, hamının bu sikkələrdən xoşu gəlir. "Onlar dünyanın ən gözəl sikkələridir. Bəlkə də dünyanın ən bahalı sikkələridir".

Yayılmış videoda İlham Əliyevə və Azərbaycan nümayəndə heyətinə təqdim olunan sikkənin nə olduğu deyilmir.

Amma, onların bu ilin əvvəli təqdim olunmuş "Tramp sikkələri" olduğunu güman etmək olar.

Sadəcə "Tramp" adlanan bu sikkələr təqdim olunan zaman dünyanın ən bahalı kripto sikkəsinə çevrilmişdi.

Bir gün ərzində bir sikkənin dəyəri 75 dollara qədər qalxmışdı.

İndi isə o, xeyli dəyər itirib, 10 dollardan aşağı düşüb.