Putin Əliyevə zəng edib

Çap edildi
Oxuma vaxtı: 1 dəq

BBC News Azərbaycanca Xidmətinin hazırladığı xəbərləri, təhlilləri və videoları birbaşa WhatsApp Kanalımızda izləyin. Qoşulmaq üçün linkə klikləyin.

Rusiya Prezidenti Vladimir Putin azərbaycanlı həmkarı İlham Əliyevə zəng edib.

Bu telefon danışığı Düşənbə görüşündəki müzakirələrin davamı olub, Prezidentlərin mətbuat xidmətləri bildirib.

Video açılmırsa, Youtube kanalımızda baxın

Əliyevlə Putin iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi, həmçinin enerji və nəqliyyat-logistika sahələrində birgə layihələrin həyata keçirilməsiylə bağlı qarşılıqlı maraqlarını açıqlayıblar, Azərbaycan Prezidentinin mətbuat xidməti açıqlayıb.

Kreml bildirib ki, prezidentlər regional əməkdaşlığın bəzi aspektlərinə və beynəlxalq vəziyyətə toxunublar.

Prezidentlər ən son oktyabrın əvvəlində Tacikistanda görüşüblər.

Azərbaycan və Rusiya arasında münasibətlər ötən ilin təyyarə qəzasından sonra gərginləşmişdi.

Bu hadisədən sonra Əliyevlə Putin ilk dəfə bu ilin avqustunda Çində beynəlxalq tədbirdə üz-üzə gəlsələr də, yalnız salamlaşmışdılar.

Oktyabrın 9 -da Düşənbədə MDB liderlərinin sammitində isə Putin və Əiyev iki ölkə arasında gərginliyə səbəb olan məsələləri nüzakirə etmişdilər.