Rusiya: təyyarə qəzasında "onlarla adam" həlak olub

Kazan

Şəklin mənbəyi, RIA Novosti

Şəklin alt yazısı, Kazan aeroportu
Çap edildi

Tatarstan paytaxtı Kazan şəhərinin aeroportunda sərnişin təyyarəsi qəzaya uğrayıb, nəticədə azı 50 nəfər həlak olub. Boeing 737 təyyarəsi Moskva-Kazan reysini yerinə yetirirmiş.

Məlumatlara görə təyyarə uçuş-eniş zaolağaına birinci dəfədən enə bilməyib, ikinci cəhd edərkən isə təyyarənin qabağ hissəsi yerə dəyib və partlayış baş verib.

Rusiya rəsmiləri yerli media nümayəndələrinə qəzadan heç kimin sağ çıxmadığını bildiriblər.

Tatarstan Airlines hava şirkətinə məxsus təyyarə bazar günü yerli vaxtla axşam saat 7.25-də qəzaya uğrayıb.

Rusiya Fövqaladə Hallar nazirliyinin məlumatına əsasən təyyarədə 44 sərnişin və 6 ekipaj üzvü olub.