Jirinovskinin Qafqaz barədə çağırışını yoxlamaq tələb olunub

Dövlət Duması kömitəsinin başçısı Hacımət Səfərəliyev Baş Prokurorluğa müraciətində Şimali Qafqazı hasara almaq barədə Jirinovskinin çağırışının “ekstremist xarakterli” olub-olmadığının yoxlanılmasını tələb edib.
Ötən çərşənbə axşamı Rusiya parlamentinin sədr müavini Vladimir Jirinovski televiziya ilə çıxışında Şimali Qafqazdan daxili miqrasiyanı məhdudlaşdırmağa səsləyib.
Bununla yanaşı LDPR partiyasının sədri bölgəni tikanlı məftilə almağı və doğum səviyyəsinin süni şəkildə məhdudlaşdırılmasını təklif edib.
“Poyedinok” proqramında səslənən bəyanatdan sonra LDPR-i partiyanın Çeçenistandakı şöbəsinin rəhbəri Adlan Şamsadov tərk edib.
Partiya rəhbərliyi bildirir ki, çeçen funksioneri istefa addımını ona göstərilən təzyiq altında atmağa məcbur olub.




















