Ermənistanda 2022-ci il: sərhəddə döyüşlər, Paşinyana etirazlar, Rusiyadan miqrant axını

    • Müəllif, Aleksey Manvelyan, İlkin Həsənov
    • Vəzifə, BBC News Azərbaycanca
  • Çap edildi

Videoya keçid üçün Youtube-a daxil olun.

Ermənistanda 2022-ci ildə ölkə prezidenti "səlahiyyət çatışmazlığı"na görə istefa verdi, Baş nazir Nikol Paşinyan "Qarabağın statusu" ilə bağlı çıxışı ilə müxalifətin uzun müddətli etirazlarına səbəb oldu.

Bu il Ermənistan İkinci Qarabağ müharibəsindən sonra Azərbyacanla sərhəd toqquşmasında ən böyük itkisini verdi.

Türkiyə ilə münasibətlərin normallaşdırılması prosesinə başlanılsa da, sərhədlər bu il də açılmadı. Bu il həm də gözlənilməsinə rəğmən Azərbaycanla sülh sazişi də imzalanmadı.