Məhkəmə azərbaycanlı komediyaçı İdrak Mirzəlizadənin Rusiyadan deportasiyasını dayandırıb

İdrak

Şəklin mənbəyi, Mskagency

Çap edildi
Oxuma vaxtı: 4 dəq

Moskvada məhkəmə Belarus vətəndaşı, komediyaçı İdrak Mirzəlizadənin ölkə ərazisində qalmasının arzuolunmazlığı barədə Daxili İşlər Nazirliyi qərarının icrasını dayandırıb.

Bundan əvvəl nifrət oyadan zarafatda ittiham edilən İdrak Mirzəlizadə ölkə ərazisində "arzuolunmaz şəxs" elan edilib.

Komediyaçının vəkili Sergey Badamşin deyib ki, İdrak Mirzəlizadə özünün "arzuolunmaz şəxs" elan edilməsi ilə bağlı qərara qarşı iddia qaldırıb. O, həmçinin müvafiq qərar barədə ona məlumat verilmədiyi ilə bağlı da şikayət verib.

Sergey Badamşinin sözlərinə görə, bu barədə məhkəmə hökmü qüvvəyə minənə kimi DİN qərarının icrası dayandırılır.

Avqustun 30-da Rusiya Daxili İşlər Nazirliyi İdrak Mirzəlizadəni ölkə ərazisində "arzuolunmaz şəxs" elan edib.

İdrak Mirzəlizadənin Rusiyada ömürlük arzuolunmaz şəxs tanınmasına dair qərar qəbul olunub, çünki yumorist "ictimai çıxışında, rus millətindən olan şəxslərə qarşı nifrət və düşmənçilik oyadan, onların insan ləyaqətini alçaldan ifadələrə yol verib", - Daxili İşlər Nazirliyi izah edir.

"Bununla əlaqədar, onun Rusiya Federasiyası ərazisində qalması ictimai asayiş, başqa şəxslərin hüquqları və qanuni maraqlarına təhlükə törədir", Rusiya DİN deyir.

Bundan əvvəl İdrak Mirzəlizadə nifrət oyadan zarafatda ittiham edilərək 10 günlük inzibati həbs cəzasını alıb.

Rusiyada arzuolunmaz şəxs kimi tanınan xarici vətəndaş, deportasiya oluna bilər. Belə qərara qarşı üç ay müddətində məhkəməyə şikayət verilə bilər.

Rusiyada arzuolunmaz şəxs tanınan Mirzəlizadə Rusiyanı tərk etmək məcburiyyətindədir, əks halda o, deportasiya oluna bilər, hüquq-mühafizə orqanlarının nümayəndəsi TASS agentliyinə bildirib.

Onun sözlərinə görə, Mirzəlizadənin ölkədə yaşamaq icazəsi ləğv edilir.

İdrak Mirzəlizadənin nümayəndəsi BBC-nin suallarını cavablandırmaqdan imtina edib. Onun tanışı Mediazona saytına yumoristin təhlükəsiz bir yerdə olduğunu deyib, hərçənd ki, onun konkret yerini dəqiqləşdirməyib. Digər bir tanışın dediyinə görə, Mirzəlizadə hazırda "nə Rusiyadadır, nə də Belarusda".

Azərbaycan əsilli Mirzəlizadə Belarus vətəndaşıdır, onun 2021-ci ilin martından Rusiyada yaşamaq icazəsi var.

Avqustun 9-da Mirzəlizadə YouTube kanalındakı "Razgonı" şousunda səslənən zarafata görə nifrət oyatmaq ittihamı ilə (Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 20.3.1-ci maddəsi) 10 sutkalıq həbs olunub.

Rusiya prokurorluğu yumoristin yaşayış yeri axtarması ilə kirayəlik mənzildən çirkli döşəyin atılması barədə hekayəsində "etnik mənsubiyyət zəminində bir qrup insanın alçaldılması əlamətlərini" aşkar edib.

Yumorist ittihamları qəbul etmir. Məhkəmədə Mirzəlizadə deyib ki, çıxışı ksenofobiyanı lağa qoymaq məqsədini daşıyıb. Ancaq o, zarafatlarından inciyə biləcək insanlara üzrxahlığını bildirib.

Mirzəlizadəyə əsasən, onun çıxışının "kontekstdən çıxarılmış" bir hissəsi sosial şəbəkələrdə yayılandan sonra o, internetdə bir neçə min təhdid alıb və Moskvanın mərkəzində hücuma məruz qalıb.

Avqustun ortalarında rusiyalı yumoristlər Mirzəlizadəyə dəstək veriblər. Onlar çəkdikləri "Zarafat - cinayət deyil" videosunu Stand-Up Club # 1 kanalında yayıblar. Video "İdrak düşmən deyil" ifadəsinin təkrarlanması ilə başa çatır.

Daxili İşlər Nazirliyinin qərarına necə reaksiya verilir?

İdrak Mirzəlizadənin Rusiyada arzuolunmaz şəxs elan edilməsi sosial şəbəkələrdə geniş reaksiya doğurub.

Bazar ertəsi və bu gün erkəndən "İdrakaMirzalizade" ifadəsi rus Twitter-inin trendlərində birinci yeri tutub. Hazırda "İdrak" və "İdraka" hələ də ikinci sətirdə qalır.

"Daxili İşlər Nazirliyi komediyaçı İdrak Mirzəlizadənin Rusiyada qalmasının arzuolunmazlığı ilə bağlı qərar qəbul edib. Onun Rusiya Federasiyasında olması ictimai asayişə təhlükə kimi tanınıb", @ilya_shepelin adlı istifadəçi yazır.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

@Standup_Ural yazır ki, İdrak Mirzəlizadəni ölkədən zarafata görə qovurlar. "Mən küt deyiləm, hər şeyi başa düşdüm, yalnız həyat yoldaşımın küt olması və hər cür qapı qulpları, metrolar, evsiz insanlar və mikrodalğalı sobalar haqqında zarafat etməyə başlayırıq. Yaxşı ki, ölkədə söz azadlığıdır".

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

İdrak Mirzəlizadəni Rusiya ərazisində arzuolunan [şəxs] hesab edirəm, çünki o, zarafatları kontekstdən çıxaran cahil yaramazlardan daha çox Rusiya vətənpərvəridir, - @CKonovalov yazır. "Axmaqlara sərbəstlik verin, onlar vətəndaşlara "arzuolunmaz", sonra da "xalq düşməni" damğalarını vurmağa başlayacaqlar. İdraka dəstək şüaları!"

Paylaşımını ötürün X, 3
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 3

"Ruslar İdrakla fəxr edirlər. Çox şadam ki, belə bir insan rus dilində çıxış edirdi", @aleksstakhovich belə tvit yazıb.

@martin_camera yazır ki, Rusiyada əsl təhlükə yaradan "Kişi dövləti" aylardır ki, insanları fiziki zorakılıqla hədələyir və ona qarşı heç nə etmirlər. "Ancaq kontekstdən çıxarılan sözlərə görə yumorist "arzuolunmaz" şəxs kimi tanınır".

Paylaşımını ötürün X, 4
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 4

@Bobchensk adlı istifadəçiyə görə, indi açıq mikrofonlarda, auditoriyanın yarısını yumoristin "vəkilləri tutmalıdır".

Paylaşımını ötürün X, 5
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 5

"İdrak əla sürət yığdı. Fərqli görünüşlü insanları özlərindən daha pis hesab edənlər üçün gülməli anti-ksenofob aynası", @michaelnacke yazır.

Paylaşımını ötürün X, 6
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 6

Rusiya dövlət televiziya kanalının aparıcısı Vladimir Solovyov İdrakın sonda rusofobiyanı "dəyərləndirən" Ukrayna kanallarına yol tapacağını yazıb. "İdrak təhlükəsizlikdədir. O, nə Rusiyada, nə də Belarusdadır". Düşünürəm ki, İdrak belə bir repertuarla Ukrayna kanallarından birini seçəcək".

Paylaşımını ötürün X, 7
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 7