Türkiyə daşqınlarında ölənlərin sayı 51-ə çatıb - şəkillər

Kastamonu

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Kastamonu
Çap edildi

Türkiyədə şiddətli daşqınlar və torpaq sürüşmələri nəticəsində 51 nəfər həyatını itirib. Bir nəfər hələ də itkin düşmüş hesab olunur. Bu barədə Türkiyənin fövqəladə hallar üzrə qurumu bildirir.

Ölkənin Qara dəniz sahilindəki Kastamonu, Bartın və Sinop bölgələrinin bir hissəsi 10 avqustdan etibarən su altında qalır.

Prezident Recep Tayyip Erdoğan

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Türkiyə Prezidenti Recep Tayyip Erdoğan daşqınlardan təsirlənən bölgəyə baş çəkib

Zərər çəkmiş bölgələrdən 2 minə yaxın insan təxliyə edilib.

Bu, qısa müddət ərzində Türkiyədə baş verən ikinci təbii fəlakət hadisəsidir.

Bundan əvvəl ölkədə onlarla meşə yanğınları tüğyan edib.

Bartın

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bartın
Bartında dağıntılar

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Bartın
Kastamonu

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Zərər çəkmiş bölgələrdən 2 minə yaxın insan təxliyə edilib

Ən son məlumata görə, çökmüş körpülər və elektrik dirəklər də daxil olmaqla infrastruktura ciddi ziyan dəyib, bəzi yerlərdə sellə yollar yuyulub, evlər və müəssisələri su basıb.