Rusiya: "Britaniya hərbi gəmisinin yoluna atəş açmışıq", Britaniya: "Bu iddialar doğru deyil"

Britaniyanın Defender esminesi, İstanbul 2014-cü il

Şəklin mənbəyi, Reuters

Çap edildi
Oxuma vaxtı: 5 dəq

Rusiya hərbçiləri Britaniya hərbi müdafiəgəmisinin yoluna doğru xəbərdarlıq atəşi açdığını deyirlər - Britaniya bu iddiaları qəbul etmir.

Rusiya Krım yaxınlığında Britaniya qırıcı gəmisinin yoluna doğru xəbərdarlıq atəşi açdığını bəyan edib, Britaniya Müdafiə Nazirliyi isə bu iddiaların doğru olmadığını bildirir.

Rusiya Müdafiə Nazirlyinə əsasən, Britaniya gəmisinə dövlət sərhədinin pozulması təqdirində silahdan istifadə ediləcəyi barədə ilkin xəbərdarlıq verilib.

"Xəbərdarlığa reaksiya verilmədi", -Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Hadisə ilə bağlı Moskvadakı Britaniya hərbi attaşesi Rusiya Müdafiə Nazirliyinə çağrılıb.

Britaniya Müdafiə Nazirliyi isə bəyanat verərək bildirib ki, HMS Defender qırıcı gəmisinə atəş açılmayıb.

"...biz onun yoluna bombalar atıldığına dair iddiaları rədd edirik", Nazirliyin Tvitterdə yayılmış bəyanatında deyilir.

"Hesab edirik ki, rusiyalılar Qara dənizdə atəş təlimləri keçirib və öz fəaliyyətləri ilə bağlı beynəlxalq ictimaiyyətə əvvəlcədən xəbərdarlıq veriblər. Defender-ə doğru atəş açılmayıb və biz onun yoluna bombalar atıldığına dair iddiaları da rədd edirik", Britaniya MN bildirib.

Paylaşımını ötürün X, 1
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 1

Təlimlər

Rusiya hərbçilərinə görə, yerli vaxtla saat 12:06 və 12:08-də Rusiyanın sərhəd patrul gəmisi xəbərdarlıq atəşi açıb və 12:19-da Su-24M təyyarəsi Britaniyanın "Defender" yoxedici gəmisinin hərəkət istiqaməti boyunca bombalar atılıb. Britaniya gəmisinin hərəkətinin qarşını almaq üçün dörd bombanın atıldığı bildirilir.

Saat 12:23-də, Qara Dəniz Donanması və Rusiya sərhəd xidmətinin birgə hərəkətləri nəticəsində "Defender" qırıcısı Rusiya Federasiyasının ərazi sularını tərk edib, Rusiya Müdafiə Nazirliyi bildirir.

Ukrayna Müdafiə Nazirliyinin mətbuat xidməti Ukrayna, İngiltərə və ABŞ xüsusi əməliyyat qüvvələrinin "Defender" gəmisinin göyərtəsində birgə təlim keçdiklərini bildirir.

28 iyun-10 iyul tarixləri arasında Qara dənizdə Ukrayna və NATO hərbi birləşmələrinin birgə Sea Breeze təlimləri keçirilməlidir.

Paylaşımını ötürün X, 2
X məzmununa icazə varmı?

Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

Xəbərdarlıq : Üçüncü tərəfin məzmununda reklam ola bilər

Paylaşımın sonu X, 2

Hadisəyə münasibət bildirən Ukraynanın Xarici İşlər Naziri, NATO ilə keyfiyyətcə yeni qarşılıqlı əlaqələrin zəruriliyini vurğulayıb.

Xəritə

"Ukrayna mövqeyinin bariz təsdiqi: Rusiya Federasiyasının Qara və Azov dənizlərindəki təcavüzkar və təxribatçı siyasəti, Krımın işğalı və hərbiləşdirilməsi Ukrayna və onun müttəfiqləri üçün davamlı təhlükədir", - Dmitro Kuleba öz Twitterində yazıb.

Qərb ekspertləri nə deyir?

"Krım, beynəlxalq hüquqa əsasən, əlbəttə ki, Rusiyaya məxsus deyil, çünki onun ilhaqı tanınmayıb", - Rusiya üzrə ən nüfuzlu avropalı mütəxəssislərdən biri, Britaniya Müdafiə Tədqiqatları Kral İnstitutunun mütəxəssisi Mark Galeotti deyir.

Onun yaydığı tvitə görə, rusiyalıları "çox təhrik etmədən", onun sularından gəmilərin keçməsi, göstərməlidir ki, qanun ərazilərin zorla ilhaqından daha üstün durur.

Galeotti qeyd edir ki, "Defender" gəmisinin Qara dənizə səfəri məhz Krımın ilhaqına qarşı nümayiş və Ukraynaya siyasi dəstək əlaməti olub.

"Britaniyanın Kral Donanması beynəlxalq sularda üzgüçülük azadlığı prinsipini dəstəklədiyinə görə təqdirə layiqdir", - NATO-nun Avropadakı keçmiş komandanı, istefada olan general Ben Hodges BBC Rus Xidmətinə bildirib.

Belə bir hərəkətlərin Britaniya gəmiləri üçün təhlükəli olub-olmadığını şərh edən general deyib ki, Kral Donanmasının belə vəziyyətlər üçün hazırlanmış planları var.

"Əminəm ki, Kral Donanması və digər NATO müttəfiqləri hər şeyi düşünüb və yaranacaq müxtəlif vəziyyətlərə dair planlar hazırlayıblar. Bu, Rusiyanın hərəkətlərinə adekvat cavabın tərkib hissəsidir. Ancaq əminəm ki, bəzi siyasətçilər bununla bağlı şalvarını isladacaq və Kremlin qanunsuz hərəkətinə dözməyə üstünlük verəcəklər."

line

HMS Defender-in göyərtəsində

Jonathan Beale,

Müdafiə məsələləri üzrə müxbir, BBC

Mən Qara dənizdəki HMS Defender gəmisinin göyərtəsindəyəm.

Rusiyanın işğal etdiyi Krımın ərazi suları üzərindən tranzit keçidini yenicə başa vurduq. Bu, Gürcüstana yollanan Kral Donanması hərbi gəmisinin bilərəkdən həyata keçirdiyi bir gediş idi.

BBC müxbiri Jonathan Beale

Üstümüzdən hələ də Rusiyanın hərbi təyyarələri keçir - bəzi anlarda hərbi gəminin üzərində 20-dən çox təyyarə olub.

Rusiya sahil mühafizə gəmiləri xəbərdarlıq verirdilər və biz həqiqətən də atış səslərini eşitdik, amma onların əhatə dairəsindən kənarda olduğunu hesab edirik.

HMS Defender keçid vaxtı yüksək hazırlıq vəziyyətində idi və bir məqamda heyət üzvləri üzlərini qorumaq üçün "anti-flash" maskalarını taxdılar ki, atəş mübadiləsi baş verərsə, üzlərini qoruya bilsinlər.

Bu, Rusiya təyyarələrinin diqqətinə səbəb oldu və onlar Krımın ərazi sularının Rusiya suları olduğunu iddia edərək, gəminin oraya girməməsi barədə xəbərdarlıq verdilər.

Rusiyanın sahil mühafizəsi HMS Defender-ın hərəkət istiqamətini dəyişdirdiyinə əmin olmaq üçün manevr etməyə çalışdı, lakin Defender mövcud gəmiçilik xətti ilə yolunu davam etdi və biz 19 mil (19 km) aralıda yerləşən Krımın sahilini görə bildik.

Hazırda gəmi beynəlxalq sularda hərəkət edir. Lakin səyahətin növbəti hissəsi olan Gürcüstana yönləndiyimiz zaman, Rusiya təyyarələri hələ də Kral Donanmasının hərbi gəmisi üzərində uçurdu.

Digər xəbərlər

Putin Qarabağ haqqında

Putin

Şəklin mənbəyi, Sputnik/AFP/Getty images

Vladimir Putin bu məsələni Beynəlxalq Təhlükəsizlik üzrə IX Moskva konfransının iştirakçılarına ünvanlanan müraciətində şərh edib.

"Rusiyanın həlledici töhfəsi ilə Dağlıq Qarabağdakı münaqişə dayandırılıb", - Kremlin.ru saytında Rusiya dövlət başçısının çıxışından iqtibas gətirilir.

"Rusiya sülhməramlıları bölgədəki əmin-amanlığı və təhlükəsizliyii etibarlı şəkildə təmin edirlər, humanitar vəziyyətin yaxşılaşdırılması, ərazilərin minalardan təmizlənməsi və sosial infrastrukturun bərpası üçün çox şey edirlər", - Vladimir Putin deyib.

Onun sözlərinə görə, Rusiya bundan sonra da regional münaqişələrdə gərginliyin azalmasına sülhün və sabitliyin möhkəmlənməsinə öz töhfəsini verməyə davam etmək niyyətindədir.

Kaşıkçını öldürənlər "ABŞ-da təlim keçiblər"

Washington Post qəzetinin səudiyyəli əməkdaşı Camal Kaşıkçının qətlində ittiham olunan 4 nəfər hadisədən bir il əvvəl ABŞ Dövlət Departamentinin təsdiqlədiyi xüsusi təlim proqramında iştirak ediblər, bu barədə New York Times qəzeti yazır.

Kaşıkcı

Şəklin mənbəyi, AFP

Təlimlər ABŞ-ın Arkanzas ştatında özəl şirkət tərəfindən keçirilib. Məlumata əsasən, onun iştirakçıları Səudiyyə Ərəbistanı rəhbərliyinin mühafizəsini təmin edəcək əməkdaşlar olmalı idi.

2017-ci ildə könüllü olaraq ABŞ-a sürgünə gedən Camal Kaşıkçı Səudiyyə hakimiyyətinin sərt tənqidçisi olub. O, 2018-ci ildə Səudiyyə xəfiyyələri tərəfindən bu ölkənin İstanbuldakı konsulluğunda qətlə yetirilib.

Britney Spears məhkəmədə çıxış edəcək

Britney Spears

Şəklin mənbəyi, Getty Images

Amerikalı müğənni Britney Spears öz hüquqlarının bərpası ilə bağlı Los Angeles məhkəməsində ifadə verəcək.

2008-ci ildə "psixoloji problemlərlə" bağlı onun üzərində nəzarət atası Jamie Spears-ə həvalə edilib. Müğənni atasının himayəsindən çıxmaq istəyir.

Pop ulduzun hüquqlarının bərpasına həmçinin #FreeBritney kampaniyasının təşkilatçıları çağırır.

ABŞ-da əqli zəiflik kimi xəstəliklərə görə qərar vermək iqtidarında olmayan şəxslərə himayə edəcək qəyyumlar təyin oluna bilər. Onlar həm əmlaka, həm də fərdin şəxsi işləri və biznesinə nəzarət edə bilərlər.

Türkiyədə hazırlanan koronavirusa qarşı vaksinin sınaqları

Turkovac peyvəndi

Şəklin mənbəyi, Anadolu Agency/Getty images

Türkiyədə Turkovac (COVID-19) koronavirus peyvəndinin klinik sınaqlarının üçüncü mərhələsi davam edir, Anadolu Agentliyi bildirir.

Turkovac vaksini Türkiyə Səhiyyə Nazirliyinin nəzdindəki Türk Səhiyyə İdarələri (TÜSEB) və Erciyes Universiteti alimləri ilə birlikdə hazırlanıb.

Çərşənbə axşamı günü Ankara Şəhər Xəstəxanasında klinik tədqiqatların üçüncü mərhələsində könüllülərə ilk peyvəndlər vurulub.

Peyvənd 40 mindən çox könüllü üzərində sınaqdan keçiriləcək və mütəxəssislər bütün prosesin noyabr ayına qədər yekunlaşacağını deyirlər.