Yerevan: Robert Koçaryanın məhkəməsində etiraz

Çap edildi
Oxuma vaxtı: 1 dəq

Video açılmırsa, YouTube-dan izləyin.

Bu gün Yerevanda Ermənistanın ikinci Prezidenti Robert Koçaryanın məhkəmə dinləmələri zamanı onun vəkilləri ittihamçı tərəfin üç prokuroruna, o cümlədən baş prokurora etiraz bildiriblər.

Onlar prokurorların cinayət işini aparmaqdan kənar edilmələrini tələb ediblər.

Bu məsələ ilə bağlı məhkəmənin qərarı yanvarın 22-də elan olunacaq.

Məhkəmənin binası qarşısında toplaşan Robert Koçaryanın tərəfdarları onun ədalətsiz və əsassız mühakimə olunduğu deyirlər.

"19 yanvarda növbəti absurd məhkəmə prosesi davam edəcək. Şuşanı təhvil vermiş və müharibədə biabırçı şəkildə məğlub olanlar Şuşanı azad edəni mühakimə edirlər," - Koçaryanın tərəfdarlarının bəyanatında deyilir.

Robert Koçaryan barəsində həbs qətimkan tədbiri ötən il dəyişilib və o, ölkəni tərk etməmək imzası ilə buraxılıb. Lakin onun işi üzrə məhkəmə prosesi ləğv olunmayıb.

Ermənistanın ikinci Prezidenti 2008-ci ildə seçkilərdən sonra iğtişaşlarla bağlı konstitusiya quruluşunu devirməkdə ittiham olunur. Bu maddə üzrə 10 ildən 15 ilədək həbs cəza tədbiri nəzərdə tutulur.

O, özünü günahkar hesab etmir və Paşinyan hakimiyyəti tərəfindən siyasi səbəblərlə təqib olunduğunu bildirir.