You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.
Rusiyada eyvanda siqaret çəkmək qadağan edildi
Rusiyada eyvanda siqaret çəkməyi qadağan edən qərar qəbul olundu.
Qadağanın yaşayış binalarının eyvanlarına aid olduğu yanğın risqini azaltmaq üçün verildiyi açıqlanıb.
Bildirilib ki, eyvanda çaxmaq yandırmaq və ya siqaret çəkmək açıq sahədə ocaq yandırmaq kimi qiymətləndiriləcək.
Bu qərar eyvanlarda manqal qalamağı da qadağan edir.
Qadağanı pozanlar 3000 rubl məbləğində cərimə olunacaqlar.
"Siqaret də çəkə bilməyəcəyiksə, eyvan nəyə lazımdır?"
Oktyabrın 1-indən etibarən qüvvəyə minəcək qərar bir çox təbəqələr tərəfindən narazılıqla qarşılanıb.
Çoxmərtəbəli binalar Rusiyanın böyük hissəsində mövcuddur. BBC Monitoring-in əməkdaşı Vitaliy Shevchenko insanların siqaret çəkmək üçün, adətən, eyvanlara çıxdığını deyir:
"Onlar siqaret çəkmək üçün palto geyinib liftlə aşağı düşmək istəməyəcəklər".
Sosial mediada da qərara etiraz edənlər çox olub.
"İnsanların öz eyvanlarında siqaret çəkməyi qadağan etmək ağılsızlıqdır. Hökumət vətəndaşlara şəxsi mülklərindən istifadə etməyə icazə vermir. Siqaret də çəkə bilməyəcəyiksə, eyvan nəyə lazımdı?" - "TJournal" adlı populyar bloq saytının istifadəçilərdən biri belə yazıb.