Moskvada müxalif namizədin qeydə alınmamasına etiraz olaraq aksiyalar keçirilib

Çap edildi
Oxuma vaxtı: 1 dəq

Video açılmasa, YouTube-da izləyin.

Şənbə günü, 17 avqustda Moskvada müxalif namizədin seçkilərə buraxılmamasına etiraz olaraq tək adamlıq aksiyalar keçirilib.

Piketin keçirilməsi planlaşdırılan ərazilərə polis qüvvələrinin toplaşdığı bildirilir.

Sankt-Peterburqda keçirilən etiraz aksiyasında bəzi iştirakçıların saxlandığı deyilir.

Moskva

BBC News Rusca xidmətinin yaydığı məlumata görə, Moskvada da tək adamlıq aksiya iştirakçılarından birni polis saxlayıb. Onun tələbə olduğu bildirilir.

Bu arada Moskvada Rusiya Kommunist Partiyasının "Ədalətli seçkilər" şüarı ilə nümayişi keçirilib.

Moskva

Etirazlar Moskva Şəhər Dumasına seçkilərdə müxalifət namizədinin qeydə alınmamasından sonra başlayıb.

İstintaq komitəsi kütləvi iğtişaşlar maddəsiylə cinayət işi açıb.

Moskva rəhbərliyi 17 avqustda keçirilməsi planlaşdırılan etiraz aksiyasına icazə vermədiyini bildirmişdi.