Rusiyanın İrkutsk vilayətində daşqında 5 nəfər ölüb. Putin bölgəyə gəlib

Daşqın

Şəklin mənbəyi, Mchs

Şəklin alt yazısı, İrkutsk vilayətində baş verən daşqınlar leysan yağışlar səbəbindən başlamışdır.
Çap edildi

Yerli rəsmilərin məlumatına görə, Rusiyanın İrkutsk vilayətində daşqın qurbanlarının sayı beş nəfərə çatıb. Daşqına görə bölgədə fövqəladə vəziyyət rejimi elan edilib. Ötən gecə prezident Vladimir Putin İrkutsk bölgəsinə gəlib.

Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, 10 mindən çox insanın yaşadığı təxminən 4200 yaşayış binası su altında qalıb.

Daşqın

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Tulun şəhərində yolayırıcını suyun altında

İrkutsk Hidrometeorologiya və Ətraf Mühitin Monitorinqi Departamentinin məlumatına görə, hava şəraitinin yaxşılaşması gözlənilmir.

FHN-nin verdiyi məlumata görə, İrkutsk vilayətinin çaylarında suyun səviyyəsi yaxın günlərdə Şərqi Sayan dağlarında baş verən leysan yağışlarla görə daha da qalxacaq.

Daşqın

Şəklin mənbəyi, Russian Emergencies Ministry

Minlərlə sakin elektriksiz qalıb, bəziləri isə rabitə xətlərində baş verən kəsintilərdən şikayət edirlər.

Daşqın

Şəklin mənbəyi, Video screen grab/Nikolai Polyskalov-Shinkarenko/

İyunun 30-na keçən gecə Rusiya prezidenti Vladimir Putin xüsusi aviareyslə Yaponiyadan İrkutska gəlib .

O, FHN və digər xidmətlərin rəsmiləriylə təcili iclas keçirib.

Daşqın

Şəklin mənbəyi, Screen grab/Nikolai Polyskalov-Shinkarenko/TASS

RİA Novosti xəbər verir ki, daşqından zərərçəkənlərə birdəfəlik maliyyə yardımının göstərilməsi üçün İrkutsk vilayətinə 662 milyon rubl ayrılıb.

Daşqın

Şəklin mənbəyi, Ravil Akhmetov/tass

Şəklin alt yazısı, Tulun şəhərinin bir hissəsi daşqından sonra belə vəziyyətə düşüb

Təbii fəalkət nəticəsində bölgənin avtomobil yolları şəbəkəsinə dəyən zərərin miqyası 800 milyon rubl (təxminən $12,5 milyon) səviyyəsində dəyərləndirilir, bölgənin qubernatoru Sergey Levçenko bildirib. Onun sözlərinə görə, federal yolların 17 sahəsi və 13 körpü suyun altında qalıb.