Yaponiyada sel və daşqın: 60-dan şox adam ölüb, qurbanların sayı artır

Наводнение

Şəklin mənbəyi, Getty Images

Şəklin alt yazısı, Okayama prefekturasında daşqına məruz qalmış evlər
Çap edildi

Yaponiyanın qərbində baş vermiş leysan yağışlar və daşqın nəticəsində azı 64 nəfər həlak olub, daha 40 nəfər itkin düşüb.

Daşqın başlayarkən suyun səviyyəsi sürətlə artdığından, insanlar evlərindən çıxmağa vaxt tapmayıblar.

Bəziləri su və zibil qatı altında qalıb.

Sinoptiklərinin bildirdiyinə görə, ölkə bu dərəcədə güclü yağışlarla indiyədək üzləşməmişdi.

Videonun alt yazısı, Yaponiyada görünməmiş sel və daşqın nəticəsində onlarla adam ölüb və itkin düşüb

Daşqın var gücü ilə özünü Hiroşima və ətraf ərazilərdə göstərib.

Daşqına məruz qalmış ərazilərdən 2 milyona yaxın insan evakuasiya edilib.

Bazar günü Yaponiyanın baş naziri Şinzo Abe "çox sayda insanların itkin düşdüyünü, digərlərinin yardıma ehtiyacı olduğunu bildirib".

Son bir neçə gün ərzində Yaponiyada iyul ayı üçün yağıntı normasından 3 dəfə artıq həçmdə yağış yağıb.

Ölüm hallarının əksəriyyəti Hiroşima prefekturasının Motoyama çəhərində baş verib.

Burada cümə günündən şənbə günün səhər çağlarınadək yağıntının qalınlığı 583mm təşkil edib.

Хиросима

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Daşqın var gücü ilə özünü Hiroşimada göstərib
Дорога в Хиросиме

Şəklin mənbəyi, AFP

Şəklin alt yazısı, Torpaq sürüşməsi nəticəsində yollar dağılıb
Эвакуация жертв наводнения

Şəklin mənbəyi, PA

Şəklin alt yazısı, Xilasetmə işlərində ordu, polis və yanğısöndürən qüvvələr iştirak edir