Futbol üzrə Dünya Kuboku günlərində Trans-Sibir Dəmiryolu ilə səyahət - şəkillər

Çap edildi

Ötən ilin yayında Rusiyada futbol üzrə Dünya Kuboku uğrunda yarışların keçirildiyi günlərdə fotojurnalist Peter Dench fürsətdən istifadə edərək, Trans-Sibir Dəmiryolu xəttindəki qatarla 7 gün ərzində səyahət edib.

Onun bu vaxt ərzində keçdiyi yolun uzunluğu təxminən 8000 km təşkil edib.

Peter fotolarını Londonda sərgidə nümayiş etdirməzdən əvvəl həmin şəkillərdən bəzilərinə nəzər salaq.

Beloqorsk, Rusiya

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Amur vilayətinin Beloqorsk şəhərində Leninin qızıl suyuna çəkilmiş heykəli
Kupedə sərnişin Trans-Sibir Dəmiryolu

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Fotoqraf Peter Dench-ə səyahətinin əvvəlində kupe yoldaşı olan Toni "Rostov" futbol klubunun azarkeşidir, o, Rusiya ordusunda işləyir.
Rusiyalı azarkeş

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Futbola azarkeşlik edən qız. Rusiya futbol azarkeşləri klubu Moskvada, Vorobyovı Qorı adlanan ərazidə yerləşir.
Moskva Luzhniki stadionu

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Bu futbol azarkeşi Moskvada yüksək nöqtədən Luzhniki stadionuna tərəf baxır.
Futbol azarkeşləri Moskva

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Futbol azarkeşləri isti günəş şüalarından qorunmağın yolunu tapıblar.
Danimarkalı azarkeşlər Frech-Denmark football meeting

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Danimarkalı azarkeşlər Dünya Kuboku çərçivəsində Fransa-Danimarka görüşü ərəfəsində Moskvanın mərkəzində pivə içib mahnı oxuyurlar.
Hisə verilmiş balıq satan qadın

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Barabinsk şəhərinin dəmiryol platformasında hisə verilmiş balıq satan qadın
Plaskart vaqonda səyahət edən qadın

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Plaskart vaqonda səyahət edən qadın
İki rusiyalı əsgər

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Dayanacaqlardan birində iki Rusiyalı əsgər fotoqrafa şəkillərini çəkmək üçün poz verir.
Sərnişin uşağı ilə, Trans-Sibir Dəmiryolu ilə səyahət

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Vaqondakı istidən xilas olmaq üçün sərnişin körpəsini qucağına alıb pəncərənin qarşısında dayanıb.
Omsk stansiyası - Rusiya, Trans-Sibir Dəmiryolu ilə səyahət

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Omsk stansiyasında qatar 50 dəqiqəlik dayanır. Bu müddətdə sərnişinlər onlara lazım olan ərzaq və digər malları ala bilərlər.
Əsgərlər kart oynayırlar, Trans-Sibir Dəmiryolu ilə səyahət

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Plaskart vaqonda səyahət edən gənc əsgərlər kart oynayırlar.
Qatar sərnişinləri, Trans-Sibir Dəmiryolu ilə səyahət

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Qatar dayananda sərnişinlər gəzişmək üçün vaqonlardan bayıra çıxırlar, bəziləri telefon zəngləri edir.
Sərnişinlər Trans-Sibir Dəmiryolunun kupe vaqonunda yatarkən, Trans-Sibir Dəmiryolu ilə səyahət

Şəklin mənbəyi, Peter Dench

Şəklin alt yazısı, Sərnişinlər Trans-Sibir Dəmiryolunun kupe vaqonunda yatarkən

Bütün fotoların müəllifi - Peter Dench-dir.