DƏRGİ - 2018-ci ilin yadda qalan 12 foto və sənət əsəri

Honduraslı qadının təknəfərlik aksiyası

Şəklin mənbəyi, Getty Images

    • Müəllif, Kelly Grovier
    • Vəzifə, BBC
  • Çap edildi

Hondurasda keçirilmiş bir etiraz aksiyasında çəkilmiş fotodan tutmuş Banksy-nin doğranmış tablosuna qədər qədər 2018-ci ildə dünyanı şok edən, ilham verən və sosial mediada populyarlaşmış fotoşəkilləri topladıq.

Yatmaq sənəti

Hondurasın Tegucigalpa küçələrindən birində yanvar ayında çəkilən bir fotoda, prezident Juan Orlando Hernandezin yenidən seçilməsinə etiraz olaraq, polis kordonunun qarşısında yerə uzanmış bir gənc qadın görünür. Foto bu etiraz hərəkatının rəmzinə çevrilmişdi.

Van Gogh

Şəklin mənbəyi, Wikimedia

Yuxarıdakı fotonu van Gogh-un bir əsəri ilə müqayisə etmək olar. 1890-cı ildə məşhur rəssam Vincent van Gogh bu əsərində çöldə, saman üstündə yatan fermerləri təsvir edib.

Rentgen cihazına girən çinli qadın

Şəklin mənbəyi, Pear video

Rentgen üslubu

Çinin cənubunda, Dongguan dəmiryol stansiyasında bir qadın təhlükəsizlik yoxlaması zamanı çantasının rentgen cihazında itdiyini görərək həmin cihazın hərəkət edən zolağına dırmanır. Foto fevral ayında sosial mediada populyar olub.

Qədim rəsmlər

Şəklin mənbəyi, Wikimedia

Bu foto isə Avstraliyanın Ubir bölgəsində çəkilib. Fotoda görünən rəsm minlərlə il bundan əvvəl yerli aborigenlər tərəfindən yaradılıb. Arxeoloqlar bu rəsmin "rentgen üslubunda" çəkildiyini qeyd edirlər.

SpaceX

Şəklin mənbəyi, Getty Images

Kosmik səyahət

Fevral ayında Elon Musk-ın SpaceX şirkəti fəzaya dünyanın ən güclü Falcon Heavy raketini göndərib. Həmin raket Musk-ın 2008-ci il buraxılışı olan Tesla Roadster idman avtomobilini də özüylə kosmosa daşıyıb. Avtomobildə sükan arxasında maneken olub.

NBA James Harden

Şəklin mənbəyi, zuma wire

NBA basketbolçusu

Aprel ayında Houston Rockets basketbol komandasının oyunçucu James Harden tarazlığını itirərək tamaşaçıların üstünə yıxılıb. Hadisə Minnesotada keçən bir basketbol matçında baş verib. Basketbolçunun düşdüyü vəziyyətin təsviri İntibah dövrünə aid olan bədii əsərlərdəki səhnələri xatırladır.

Rafael-in əsəri

Şəklin mənbəyi, Getty Images

Raphael-in "Transfiqurasiya" adlı bu tablosunda olduğu kimi…

Havay

Şəklin mənbəyi, Getty Images

Lava seli

Mayın 5-də Havayda son 40 ilin ən güclü zəlzələsi baş verib, Kilauea adlı vulkan püskürüb.

Vezuvi

Şəklin mənbəyi, Getty Images

Bu isə 18-ci əsrdə ingilis rəsamı Joseph Wright-ın İtaliyada Vezuvi vulkanının püskürməsini təsvir edən tablosudur.

leylək plastik torbalar

Şəklin mənbəyi, John Cancalosi

Plastik torbaya bürünmüş leylək

May ayında National Geographic-in təşəbbüsü ilə başlanmış plastik tullantılara qarşı kampaniya çərivəsində çəkilən bu şəkildə plastik torbaya bürünmüş leylək quşu lentə alınıb.

tablo

Şəklin mənbəyi, Getty Images

Bu görüntü, məşhur ingilis rəssamı Joseph Wright-ın 'Hava pompasında quş üzərində təcrübə" tablosunu xatırladır.

G7 zirvəsi

Şəklin mənbəyi, Getty Images

G7 zirvəsi

Bu foto iyun ayında G7 sammitində çəkilib. Bu şəkil ABŞ prezidenti Donald Trump ilə onun NATO müttəfiqləri arasındakı münasibətlərin nə vəziyyətdə olduğunu işıq salmış olur.

"Hoqqabaz" tablosu

Şəklin mənbəyi, Getty Images

Bu görüntü, hollandiyalı rəssam Hieronymus Bosch-un "Hoqqabaz" tablosunu xatırladır.

Belçikalı Vincent Kompany və Yapon qapıçısı Eiji Kawashima

Şəklin mənbəyi, Getty Images

Universal din

Rusiyada keçirilmiş Dünya Kuboku matçlarından birində Yaponiya millisinin qapıçısı Belçika komandasının oyunçusu Vincent Kompany-nin havada vuruşunu əngəlləməyə çalışır.

John Singletonun tablosu

Petr David Josek-in çəkdiyi bu foto İsa Məsihin çarmıxa çəkiləndən sonra göylərə qalxdığını təsvir edən tablonu yada salır.

Amerika bayrağı

Şəklin mənbəyi, Getty Images

Yarıyadək endirilən bayraq

Avqust ayında ABŞ-da senator John McCain-in vəfat etməsilə bağlı Ağ Evdə dövlət bayrağı yarıyadək endirilib, sonra qaldırılıb və daha sonra yenə də endirilmişdi. Bu hərəkətlər prezident Trump-ın qarışıq göstərişlərinin rəmzi kimi yozuldu.

Emanuel Leutze-nin tablosu

ABŞ bayrağı sənət əsərlərində də müxtəlif vəziyyətlərdə əks olunub.

Fələstinli

Şəklin mənbəyi, Getty Images

Fələstinli nümayişçi

Bu fotoda bir əlində Fələstin bayrağı, digər əlində isə sapand olan fələstinli nümayişçi əks olunub.

Özgürlük - Delacroix

Şəklin mənbəyi, Wikimedia commons

Həmin fotoşəkil Delacroix-un "Xalqa yol göstərən Azadlıq" tablosuna bənzədilir. Amma bu foto, eyni zamanda, qədim assuriyalıların daş lövhələrdə çəkdikləri sapandçı görüntülərini də xatırladır.

Engineered Arts

Şəklin mənbəyi, Getty Images

Robotun sazlanması

Engineered Arts adlı şirkətin hazırladığı robotun kəlləsində quraşdırılmış elektron birləşmələrinin yoxlanması zamanı çəkilmiş foto.

Bu foto əfsanələrdə bəhs edilən qədim Kipr heykəltaraşı Pygmalion-u xatırladır.

Pygmalion və Galetea heykəli

Şəklin mənbəyi, The Met

Şəklin alt yazısı, Pygmalion və Galetea heykəli - heykəlin müəllifi Rodin-dir.

Əfsanəyə görə, heykəltaraş özünün yaratdığı qadın heykəlinə vurulur, bundan sonra isə həmin heykəl canlanaraq qadına çevrilir.

Banksy

Şəklin mənbəyi, Getty Images

Banksy-nin doğranan rəsmi

Küçə rəsmləri ilə məşhurlaşmış ingilis rəssamı Banksy-nin "Şarlı qız" əsəri hərracda 1,2 milyon avroya satıldığı elan olunduqdan dərhal sonra öz-özünə doğranır. Doğrayıcı alət şəklin çərçivəsində gizlədilmiş idi. Doğranmış rəsm isə yeni bir əsərə çevrilib: "Zibillikdə eşq".

Doğranmış tablo Maurits Cornelis Escher-in "Bond of Union" əsərini xatırladır.

'Bond of Union'

Şəklin mənbəyi, Wikiart