Pandemiya dövründə Qurban bayramı: Ayasofyadan Heydər məscidinə kimi - şəkillər

Məsciddə ibadət

Şəklin mənbəyi, APA

Çap edildi

Dünya boyunca müsəlmanlar Qurban bayramını qeyd edirlər. Bu il koronavirus pandemiyasına görə dini tədbirlərməhdudiyyətlərlə müşayiət olunur.

Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin qərarına əsasən, insanlar bayram namazını öz evlərində qılıblar. Bakının Heydər məscidində keçirilən mərasimə cəmi bir neçə nəfərin qatıldığını görmək olar.

Qüdsdə (Yerusəlim) məscid

Şəklin mənbəyi, Reuters

Fələstinlilər Qurban bayramında Qüdsdəki (Yerusəlim) əl-Həram əş-Şərif məscidinə toplaşır.

Bir çox ölkədə olduğu kimi burada da sosial məsafə və maska taxmaq qərarı qüvvədədir.

İndoneziyada məscid

Şəklin mənbəyi, Reuters

İndoneziyalı müsəlmanlar Mərkəzi Yava bölgəsindəki məscidə toplaşıblar.

Təxminən 237 milyon əhalisi olan ölkədə, pandemiyanın başlanğıcından bəri 106 mindən çox koronavirus infeksiyası aşkar edilib və Covid-19 5 mindən çox insanın ölümünə bais olub.

Moqadişoda namaz

Şəklin mənbəyi, Reuters

Somalinin paytaxtı Moqadişoda sakinlərə bayram namazı üçün yerli universitetin futbol stadionu ayrılıb.

Bəzi məlumatlara görə, bu il Həcc ziyarətinin ləğvinə görə, Səudiyyə Ərəbistanına mal-qara ixrac edənlər itkilərlə üzləşib.

Bradford şəhəri

Şəklin mənbəyi, PA Media

Geniş müsəlman icmasına sahib olan Britaniyadakı Bradford şəhərinin məscidində sosial məsafə də daxil, koronovirus əleyhinə tədbirlər tətbiq olunub.

Məscid

Şəklin mənbəyi, EPA

Sarayevoda müsəlmanlar maskalarda namaz qılır. Onlar bir-birlərindən tələb olunan məsafə saxlamalıdırlar.

Johns Hopkins Universitetinin məlumatına görə, Bosniya və Herseqovinada Covid-19-dan 328 ölüb.

Əfqanıstanlı polis

Şəklin mənbəyi, Reuters

Əfqanıstanda koronavirus təhlükəsi ilə yanaşı, terror hücumları hədəsi də aktual qalır. Buna görə də ibadətə gələnləri təhlükəsizlik qüvvələri mühafizə edir.

Cəlalabad məscidinin önündə əli silahlı keşikçini görmək olar.

Moskvada məscid

Şəklin mənbəyi, EPA

Bu il koronavirus pandemiyasına görə, Moskvadakı Cümə məscidində namaz qılanların sayı çox olmayıb. Fotoşəkildə göründüyü kimi, bu ilki ibadətdə geniş dindar kütləsi iştirak etməyib. Xidmət televiziya ilə yayımlanıb.

Ayasofyada namaz

Şəklin mənbəyi, EPA

Bu yaxınlarda yenidən məscidə çevrilən İstanbuldakı Ayasofyada son 86 ildə ilk dəfə olaraq, Qurban bayramında namaz qılıb.

İyulun 10-da prezident Recep Tayyip Erdoğan İstanbuldakı Ayasofya muzeyinin məscidə çevrilməsi barədə fərman imzalayıb.

***