Gürcüstanda koronovirus: ilk ölüm halı qeydə alınıb

Çap edildi

Gürcüstanda Covid-19-la əlaqədar ilk ölüm halı qeydə alınıb. Bu barədə jurnalistlərə Tbilisidəki Birinci universitet klinikasının rəhbəri Levan Ratiani məlumat verib.

Rəsmi məlumata görə, həyatını itirən 79 yaşlı qadındır. Onun Kvemo Kartli bölgəsindən olduğu bildirilir.

Həkimlər mərhumun xroniki xəstəliklərdən əziyyət çəkdiyini bildirirlər.

Kvemo Kartlidəki Marneuli və onunla qonşu Bolnisi rayounu karantinə alınan ilk Gürcüstan bölgələridir.

Gürcüstanda ilk koronovirus hadisəsi fevral ayının sonunda qeydə alınıb.

Ondan bəri yoluxma hallarının sayı 156-ya çatıb. Covid-19 diaqnozu qoyulan 28 nəfərin sağaldığı bildirilir.