Rus qoşunları Kiyevin kandarında - Rusiya Ukraynanın işğalına necə başladı?
Rusiyanın Ukraynada genişmiqyaslı hərbi əməliyyatları davam edir. Prezident Putin müraciətində Ukraynanın şərqindəki ukraynalı əsgərləri silahları yerə qoymağa və evlərinə qayıtmağa çağırıb. Hazırda rus əsgərləri Kiyevin yaxınlığındadır.
Canlı reportaj
BBC News Ruscanın müxbiri deyir ki, Moskvada, Puşkin meydanında "Ukrayna ilə müharibə olmasın" şüarı tutmuş qadın həbs olunub. BBC müxbiri artıq 4 nəfərin saxlandığını gözü ilə görüb.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
CNN: Kiyev yaxınlığındakı “Antonov” hava limanı Rusiya ordusunun nəzarəti altındadır
CNN müxbiri Matthew Chance telekanalın efirində deyib ki, Antonov hava limanı (həmçinin Qostomel kimi tanınır) Rusiya ordusunun nəzarəti altındadır - ona bunu hava limanına enən hərbi qrupun komandiri deyib.
Antonov beynəlxalq hava limanı paytaxt Kiyevin yaxınlığında yerləşir.
Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasəti və gizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".
Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.
Paylaşımın sonu X
Moskvada müharibə istəməyənləri həbs edirlər
Şəklin alt yazısı, Moskvanın Puşkin meydanı
Moskva polisi müharibə
əleyhinə mitinqə getmək üçün küçəyə çıxan və aksiya yerinə toplaşan şəxsləri
saxlayır, “OVD-İnfo”
bildirib.
Fəallar əsasən
Prezident Administrasiyasının yaxınlığında və “Puşkin” meydanında saxlanılır. Bəziləri
deyirlər ki, polis onların evinə gəlib. Hüquq müdafiəçisi Marina Litvinoviç isə
evindən çıxanda saxlanıldığını bildirir.
“OVD-İnfo” Rusiya üzrə
saxlananların ümumi sayının təxminən 60 nəfər olduğunu yazır.
Polşa ukraynalıları "qəbul edəcək"
Şəklin mənbəyi, Getty Images
Rusiyanın Ukrayna ərazisini bombalamasından sonra ukraynalıların ən çox Polşada sığınacaq axtaracaqları güman edilir.
Fotodakı qadınlar da Polşa-Ukrayna sərhəd keçid məntəqəsindədirlər.
Türkiyədə sülhə çağırırlar
Şəklin mənbəyi, Getty Images
Türkiyənin Antalya bölgəsində yaşayan ukraynalılar keçirdikləri nümayişdə sülh çağırıışları səsləndiriblər.
Bakıdan Ukraynaya mesaj: “Biz sizinləyik”
Şəklin mənbəyi, Əminə Məmmədova BBC üçün
Bu gün Rusiya Ukrayanaya qarşı hücuma keçəndən sonra Bakı sakinlərindən bəziləri Ukrayana dəstək mesajı vermək üçün Taras Şevçenkonun Bakıdakı abidəsinə gül qoyub, şüar yazıblar.
Abidənin önünə qoyulan şüarda yazılıb ki, “Ukrayna, biz sizinləyik”.
Bakı şəhərində Ukrayna şairi və yazıçısı Taras Şevçenkonun şərəfinə ucaldılan abidə Azadlıq prospekti 91 ünvanında yerləşir və Ukraynanın rəsmi bayramlarında bu ölkənin təmsilçiləri tərəfindən ziyarət olunur.
Fotoları BBC üçün Əminə Məmmədova çəkib.
Şəklin mənbəyi, Əminə Məmmədova BBC üçün
Latviya ruslara viza verməyəcək
Latviyanın xarici işlər naziri Edqars Rinkeviç Twitter hesabında yazıb ki, Latviya ruslara viza verilməsini dayandırır və məsləhətləşmələr üçün Rusiyadan səfirini geri çağırır.
Britaniya: “Putin Avropa qitəmizə qarşı müharibə başlatdı”
“Dost bir ölkəyə heç bir təxribat olmadan hücum etdi. Tamamilə günahsız bir xalqın üzərinə saysız-hesabsız raketlər və bombalar yağır. Dənizdən, havadan və qurudan genişmiqyaslı işğal planı həyata keçirilir. Ukrayna demokratik ölkədir və biz bu demokratiyanın onların əlindən alınmasına icazə verə bilmərik. Başqa tərəfə baxa bilmərik, baxmayacağıq. Britaniya Ukraynaya özünümüdafiə üçün silahı yardımı edən ilk Avropa ölkələrindən biridir. Qarşıdakı günlərdə daha nələr edə biləcəyimizi araşdıracağıq”.
Bu sözlərin müəllifi Britaniyanın Baş naziri Boris Johnson-dur.
O qeyd edib ki, "Rusiya prezidenti Putin
Avropa qitəmizə qarşı müharibə başladıb".
Johnson Rusiya xalqına
müraciətlə “Bunun sizə görə edildiyinə inana bilmirəm” deyib.
Lakin baş nazir növbəti dəstək addımlarıyla bağlı
təfərrüatları açıqlamayıb.
Britaniyanın
Mühafizəkarlar Partiyasının bəzi məşhur deputatları Ukraynaya havadan dəstək
tələb ediblər.
Canlı səhifəmizə indi qoşulmusunuzsa, son xəbərləri buradan oxuyun:
Şəklin mənbəyi, Getty Images
Şəklin alt yazısı, Fransada yaşayan ukraynalılar Parisdə Rusiya səfirliyinin binası önündə aksiya keçiriblər
Rusiya qoşunlarının Ukraynaya hücumu davam edir. Ölkə
boyu bütün hərbi infrastruktur obyektlərinə zərbələr endirilir. Belarus və Krım
ərazisindən də hücumlar var.
Ukrayna ən azı 40 nəfərin öldüyünü bildirir. Rusiya
tərəfi itkilər barədə məlumat verməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib
ki, hərbi əməliyyatın məqsədi “Ukraynanın demilitarizasiyası”dır. Əməliyyatın
müddətini Vladimir Putin müəyyən edəcək.
Rusiyanın onlarla incəsənət xadimi müharibənin
əleyhinə çıxıb. Moskvada fevralın 24-ü axşamına təyin edilmiş müharibə əleyhinə
mitinqin potensial iştirakçılarını həbs
edirlər.
NATO ölkələri “müdafiə planı”nı tətbiq etməklə bağlı
razılığa gəliblər. Bu o deməkdir ki, alyansın şərq sərhədləri möhkəmləndiriləcək,
hərbçilər arasında çevik hərəkət qüvvələri də olacaq.
Hərbi əməliyyatları yekdilliklə pisləyən ABŞ, Böyük
Britaniya və Aİ ölkələri artıq bu gün Rusiyaya qarşı yeni sanksiyalar paketi
tətbiq edə bilərlər.
Bu arada, xarici ölkələrdə olan ukraynalılar Rusiyaya qarşıp etiraz aksiyaları keçirirlər.
Türkiyə və Gürcüstan Rusiyanı qınayan bəyanatlar veriblər. Azərbaycan hakimiyyətinin bu barədə şərhi hələ ki yoxdur.
Erdoğan: Ukraynanın mübarizəsini dəstəkləyirik
Şəklin mənbəyi, Habertürk
Bu gün Təhlükəsizlik Şurasının iclasından sonra açıqlama verən Türkiyə Prezidenti Recep Tayyib Erdoğan Rusiyanın Ukraynaya hücumunu "qəbuledilməz" hesab etdiyini
bildirib.
“Biz Ukraynanın öz ərazi bütövlüyünü qorumaq
uğrunda apardığı mübarizəni dəstəkləyirik”, – Erdoğan bunları Ukrayna prezidenti
Zelenskiylə telefon söhbətində söylədiyini açıqlayıb.
“Biz Rusiyayla Ukrayna
arasındakı problemləri Minsk razılaşması çərçivəsində, dialoq yoluyla həll
etmək çağırışımızı bir daha təkrarlayırıq”, – Erdoğan belə deyib.
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli partiyanın rəsmi sosial şəbəkə səhifəsində bununla bağlı paylaşım edib.
O, hakimiyyəti “susqunluğu ilə Azərbaycanı sivil dünyadan” təcrid etməkdə günahlandırıb.
Əlavə edib ki, hətta “hakimiyyətini yenicə Rusiyanın köməyi ilə qorumuş” Qazaxıstan hökuməti belə açıq şəkildə bildirdi ki, Ukraynanın ərazi bütövlüyünü tanıyır və qondarma respublikaları tanımayacaq.
Müsavat Partiyasının sədri Arif Hacılı BBC News Azərbaycancaya müsahibəsində Rusiyanın Ukraynaya qarşı başlatdığı hücumu “işğalçı və ekspansionist müharibə” adlandırıb.
Partiya sədrinin sözlərinə görə, Moskva işğalçı siyasətini Donbasda yaşayan “rus əhalinin soyqırıma məruz qalması” bəhanəsi ilə əsaslandırmağa çalışsa da, bunların heç bir əsası yoxdur.
Azərbaycan hökumətinin bu məsələdə səssiz qalmasının “qəbuledilməz” olduğunu deyən Arif Hacılı, rəsmi Bakının “birmənalı şəkildə Ukraynanı dəstəkləməli” olduğunu deyib.
Onun fikrincə, əgər Rusiya Ukraynanı işğal etməyə nail olsa və bu müharibədə uğur qazansa, növbədə post-sovet ölkələri, o cümlədən Gürcüstan və Azərbaycan gələcək.
REAL partiyasının sədri İlqar Məmmədov isə hesab edir ki, Rusiyanın aqressiv davranışlarına görə, onun “Avropa Şurasında üzvlüyü dondurulmalı və ya tamamilə qurumdan xaric edilməlidir”.
O, BBC News Azərbaycancaya açıqlamasında Azərbaycan hökumətini məsələ ilə bağlı “vaxtında mövqe bildirməyə” çağırıb.
Fevralın 24-də Bakı vaxtı ilə səhər saat 7-də Rusiya prezidenti Vladimir Putinin göstərişi ilə Ukraynaya qarşı genişmiqyaslı hərbi əməliyyatlara başlanılıb.
Məlumata görə, hücumlar Ukraynanın şərqində, Rusiya sərhəddi ilə yanaşı, şimaldan Belarus və cənubda 2014-cü ildə Rusiyaya ilhaq edilən Krım bölgəsindən də həyata keçirilir.
Reuters: Rusiya SWIFT bank sistemindən "kənarlaşdırılmayacaq"
Reuters agentliyi Avropa İttifaqındakı (Aİ) bir neçə
mənbəyə istinadən xəbər verir ki, qurum Ukraynadakı hərbi əməliyyatlara görə
Rusiyanı SWIFT bank sistemindən kənarlaşdırmayacaq.
Rusiyaya qarşı bu sanksiyanı Baltikyanı ölkələrin diplomatları təklif
ediblər. Çexiya prezidenti Miloş Zeman da bunun yeni sanksiyalar paketinə daxil
edilməsini istəyib. Ancaq agentliyin məlumatına görə, digər dövlətlər buna hələ
hazır deyillər.
Aİ hesab edir ki, bu addım təkcə Rusiya banklarına deyil, həm də
pullarını almaq istəyən avropalı kreditorlara zərbə vuracaq. Bundan başqa,
agentlik Rusiyanın bank ödənişləri üçün alternativ sistemi qurduğunu qeyd edir.
"İndi bizim prioritetimiz sürət və konsensusdur" - avropalı
diplomat belə deyib.
Onun sözlərinə görə, SWIFT-i bağlamaq mümkün deyil, çünki bu qərarın
nəticələri Avropaya da təsir edər.
Ukrayna: Hərbi təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb, Ukrayna hökuməti hərbi təyyarənin qəzaya uğraması və nəticədə 5 nəfərin həlak olması barədə məlumat yayıb.
Şəklin mənbəyi, UNİAN
UNİAN agentliyi yazıb ki, Ukraynanın Fövqəladə Hallar Xidməti Kiyev vilayətində Ukrayna Silahlı Qüvvələrinə məxsus Obuxov hərbi təyyarəsinin qəzaya uğraması barədə məlumat yayıb.
Ukrayna: Rusiya “aeroportlara və sərhədçilərə raket zərbələri endirib”
Şəklin mənbəyi, Reuters
Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində Ukraynanın şərqindəki ukraynalı əsgərləri silahları yerə qoymağa və evlərinə qayıtmağa çağırıb. Ukrayna Prezidenti Volodimir Zelenski milli təhlükəsizlik və müdafiə şurasını ölkədə hərbi vəziyyət elan etməyə çağırıb.