You’re viewing a text-only version of this website that uses less data. View the main version of the website including all images and videos.

Take me to the main website

İran generalı Qasım Süleymaninin İraqda öldürülməsi - nə baş verdi?

İranın ən qüdrətli hərbi komandanlarından biri, general Qasım Süleymani İraqdakı ABŞ qüvvələri tərəfindən həyata keçirilən hava həmləsi nəticəsində həlak olub. Ən son xəbərlər bu səhifədə

Canlı reportaj

  1. Neftin qiyməti qalxdı, qızıla maraq artdı

    Qasim Süleymaninin ölümündən sonra neft qiymətləri 70 dollaradək artıb.

    ABŞ və İran arasında vəziyyətin gərginləşəcəyi gözlənildiyindən birjalardaqızıl və yapon yeninə maraq artıb.

  2. Hadisə necə baş verib? - fotolarda

  3. ABŞ və İran niyə yola getmirlər?

  4. Netanyahu ABŞ hücumunu "təqdir edib"

    İsrailin Baş naziri Benjamin Netanyahu ABŞ-ın hücumunu və Donald Trump-ı “cəld, qətiyyətli və əzmkar davrandığı üçün” təqdir edib.

    "İsrail sülh, təhlükəsizlik və özünü müdafiə mübarizəsində ABŞ-ın yanındadır”, o qeyd edib.

    O bildirib ki, Qasım Süleymani ABŞ vətəndaşlarının və çoxlu başqa günahsız insanların ölümünə məsul idi.

    Cənab Netanyahu həmçinin Yunanıstana səfərini yarımçıq qoyaraq ölkəsinə qayıdır.

    O, Afinaya Yunanıstan və Kiprlə qaz borusu razılaşması imzalamaq üçün getmişdi.

    Bu arada İsrail rəsmiləri təhlükəsizlik vəziyyətini müzakirə etmək üçün toplaşır.

    Ölkənin dünya boyunca səfirlikləri və konsulluqları yüksək təhlükəsizlik tədbirləri görür – səbəb İranın onlara hücum edə bilməsi narahatlıqlarıdır, yerli media yazır.

  5. “Biz daha bir fəlakətli müharibəyə yaxınlaşırııq”

    ABŞ prezidentliyinə Demokratların namizədi Bernie Sanders Trumpın hava hücumu barədə qərarını pisləyib.

    O deyib ki, “bu bizi Yaxın Şərqdə saysız-hesabsız canlar və trilyonlarla dollar bahasına başa gələcək daha bir fəlakətli müharibəyə yaxınlaşdırır”

  6. Tanıtma: İran İnqilab keşikçiləri

  7. Qasım Süleymaninin ölümü ilə əlaqədar çağrılmış Milli Təhlükəsizlik Şurasının iclasına İranin Ali dini lideri Ayətullah Əli Xameneyi də qoşulub.

    İran mediası bu iclasda bəzi qərarların veriləcəyini bildirir.

  8. Hizbullah lideri "qisas almağa çağırış edib"

    Livan silahlı qrupu Hizbullahın lideri General Süleymaninin ölümünün qisasını almağa çağırıb.

    “Biz bayrağımızı bütün döyüş meydanları və cəbhələri boyunca gəzdirəcək, onun təmiz qanının xeyir-duası ilə qələbələr qazanacağıq”, Həsən Nəsrullah bəyanatında deyib.

  9. İran Qasım Süleymaninin yerinə yeni komandan təyin edib

    İslam İnqilab Keşikçiləri Korpusunun elit Qüds Qüvvələrinin yeni rəhbəri general İsmail Qani olacaq. Onu İranın Ali Dini lideri Əli Xamaneyi təqdim edib.

  10. Senator Lindsey Graham cənab Trumpa “Amerika üçün mübarizə apardığına görə” təşəkkür edib və deyib ki, amerikalıların öldürülməsi və yaralanmasının qisası alınıb.

  11. ABŞ Prezidenti Donald Trumpın daxili siyasi rəqibləri Qasım Süleymaninin ölümü ilə nəticələnən hava hücumlarını şiddətlə tənqid edib. Müttəfiqləri isə Trumpın qərarını alqışlayıb.

  12. General Süleymani şəkillərdə

  13. Salam,

    İranın ən qüdrətli hərbi komandirlərindən biri, general Qasım Süleymani İraqdakı ABŞ qüvvələri tərəfindən həyata keçirilən hava həmləsi nəticəsində həlak olub. Onun öldürülməsi və digər hadisələr barədə ətraflı bu səhifədə oxuya bilərsiniz.