Qarabağ müharibəsi: Humanitar atəşkəs və Gəncəyə hücumlar – baş verənlərin xronogiyası

Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər. Azərbaycan Müdafiə Nazirliyi bu gün səhər sübhdən Ermənistan tərəfinin atəşkəsə əməl etməməsilə ilə bağlı məlumat yayıb.

Canlı reportaj

  1. "Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub" - Müdafiə Nazirliyi bildirir

    "Ermənistanın növbəti Su-25 təyyarəsi vurulub", Azərbaycan Müdafiə Nazirliyi bir qədər əvvəl açıqlayıb.

    "Oktyabrın 18-də saat 12.30-da cəbhənin Cəbrayıl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aviazərbələr endirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinin növbəti Su-25 hücum təyyarəsi Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən sıradan çıxarılıb", qurumun məlumatında deyilir.

  2. Təcili xəbər, Azərbaycan Müdafiə Nazirliyi: "Ağdam rayonu atəşə tutulur"

    "Ağdam rayonu ərazisi Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulur", Azərbaycan Müdafiə Nazirliyi bildirir.

  3. Təcili xəbər, Azərbaycan MN: "Qarşı tərəfin hərbi hissəsi ələ keçirilib"

    "Düşmənin hərbi hissəsi ələ keçirilib", Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Qurum bildirib ki, "Füzuli istiqamətində uğurlu döyüş əməliyyatları zamanı Ermənistan silahlı qüvvələrinin hərbi hissəsi Azərbaycan Ordusunun bölmələri tərəfindən ələ keçirilib"."Qarşı tərəfin döyüş texnikası, silah-sursat və digər hərbi vasitələri tərk edərək qaçmaq məcburiyyətində qalıb. Cəbhə boyu bütün istiqamətlərdə bölmələrimiz üstünlüyü əldə saxlayır", nazirliyin məlumatında deyilir.

    Paylaşımını ötürün YouTube
    Google YouTube məzmununa icazə varmı?

    Bu məqalədə Google YouTube məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl Google YouTube kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil. YouTube məzmununda reklam ola bilər.

    Paylaşımın sonu YouTube

  4. Təcili xəbər, MN: "Ermənistan dövlət sərhədində də atəşkəsi pozub"

    "Ermənistan Azərbaycanla dövlət sərhədində də vəziyyəti gərginləşdirməyə cəhd göstərib", Azərbaycan Müdafiə Nazirliyinin bu gün yaydığı məlumatda deyilir.

    Qurum bildirir ki, Ermənistan tərəfi bu gün bir neçə istiqamətdə "dövlət sərhəddində atəşkəsi pozub".

    "Oktyabrın 18-də saat 00.05-dən 04.00-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Çəmbərək rayonu istiqamətindən Gədəbəy rayonu, Berd rayonu istiqamətindən isə Tovuz rayonu ərazisindəki Azərbaycan Ordusunun döyüş mövqelərini iriçaplı silahlardan atəşə tutub", nazirlik bildirib.

  5. Təcili xəbər, Müdafiə Nazirliyi: "Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir"

    "Yeni atəşkəs rejimi elan olunmasına baxmayaraq Ermənistan silahlı qüvvələri gecə ərzində müxtəlif istiqamətlərdə minaatanlar və artilleriya qurğularından istifadə etməklə cəbhədə vəziyyəti gərginlikdə saxlayıblar", Azərbaycan Müdafiə Nazirliyi açıqlama yayıb.

    Qurum bildirib ki, "Ermənistan tərəfi oktyabrın 18-i səhər saat 07.00-dan başlayaraq cəbhənin Ağdərə, Füzuli, Hadrut və Cəbrayıl istiqamətlərində hücuma keçməyə cəhd göstərib".

    "Azərbaycan Ordusunun bölmələri düşmənin hücum cəhdlərinin qarşısını alır", nazirliyin məlumatında deyilir.

  6. Baş Prokurorluq: "Ağdamın atəşə tutulması nəticəsində bir mülki şəxs xəsarət alıb"

    Azərbaycanın Baş Prokurorluğu Ermənistan Savaş münaqişə müharibə Dağlıq Qarabağ Ağdam

    Şəklin mənbəyi, Azertag

    "Oktyabrın 17-də saat 21 radələrində düşmənin silahlı birləşmələri tərəfindən Ağdam rayonunun müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulması səbəbindən Mahrızlı kənd sakini 1981-ci il təvəllüdlü Həsənov Ramil Kamal oğlu yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb", Azərbaycanın Baş Prokurorluğu məlumat yayıb, yerli media yazır.

    Qurumun atəş nəticəsində "evə külli miqdarda ziyan dəydiyini" açıqladığı bildirilir.

    "Hazırda prokurorluq əməkdaşları mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirlərini həyata keçirirlər", BP bildirib.

  7. Azərbaycan MN cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraitinin nisbətən sabitliyi barədə

    APA Azərbaycan əsgəri Ermənistan Dağlıq Qarabağ Qarabağ müharibə savaş

    Şəklin mənbəyi, APA

    "Oktyabrın 17-də gün ərzində yeni humanitar atəşkəs rejimi elan olunanadək cəbhənin Ağdərə və Füzuli-Hadrut istiqamətlərində əməliyyat şəraiti nisbətən sabit olub", Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Qurumun məlumatında "Azərbaycanın dünən gün ərzində Ermənistan tərəfində sıradan çıxarılmış hərbi texnika və canlı itkiləri barədə" məlumat əks olunub.

    "Azərbaycan Ordusu tərəfindən dünən gün ərzində həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində Ermənistan tərəfinin canlı qüvvəsi, 2 ədəd S-300 ZRK-nin raket tuşlama stansiyası, 5 ədəd T-72 tankı, 3 ədəd BM-21 “Qrad” YARS, 2 ədəd “Smerç”, 1 ədəd D-20 haubitsa-topu və 1 ədəd KS-19 zenit topları, 6 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb", - məlumatda bildirilib.

    Müdafiə Nazirliyi "Azərbaycan Ordusunun bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət etdiyini" bəyan edib.

  8. Azərbaycan Müdafiə Nazirliyi Ermənistanın yeni atəşkəs rejiminə əməl etmədiyini bildirir

    Azərbaycan Ermənistan Humanitar Atəşkəs

    Şəklin mənbəyi, Getty Images

    Düşmən Cəbrayıl şəhərinin ətraf ərazilərini, eləcə də bu rayonun Araz çayı boyu yerləşən və işğaldan azad olunmuş kəndlərini gecə ərzində minaatan və artilleriya qurğularından atəşə tutub. Şəxsi heyət arasında itki yoxdur", Azərbaycanın Müdafiə Nazirliyi bildirir.

    Qurum "Azərbaycan tərəfindən adekvat cavab tədbirlərinin görüldüyünü" açıqlayıb.

    "Qoşunlar bütün cəbhə boyu əlverişli hədd, əhəmiyyətli yüksəklik və mövqelərdə müvafiq fəaliyyətlər həyata keçirir", Nazirliyin məlumatında deyilir.

    Azərbaycan Müdafiə Nazirliyi həmçinin “Ermənistan tərəfinin növbəti dəfə yalan məlumat yaydığını” bildirib.

    "Azərbaycan hərbçilərinin guya mühasirəyə düşməsi barədə Ermənistan tərəfinin yaydığı xəbər yalan və dezinformasiyadır. Həqiqətdə real vəziyyət tam fərqlidir. Bütün cəbhə boyu əməliyyat üstünlüyü Azərbaycan Ordusunun tərəfindədir", nazirliyin açıqlamasında bildirilir.

    Ermənistan Müdafiə Nazirliyinin sözçüsü Şuşan Stepanyan öz Facebook səhifəsində Azərbaycan tərəfini "humanitar atəşkəsi pozmaqda" ittiham edib.

    "Saat 07: 20-də artilleriya atəşindən istifadə edərək düşmən əlverişli mövqeləri tutmaq üçün cənub istiqamətində (Xudaferin su anbarı) hücuma başladı. Hər iki tərəfin itkiləri var", o yazıb.

    Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər.

  9. Azərbaycan müstəqilliyinin 29-cu ilini qeyd edir

    Azərbaycan Müstəqillik günü Dağlıq Qarabağ Füzuli Ermənistan

    Şəklin mənbəyi, Azertag

    Oktyabrın 18-də Azərbaycanda Müstəqillik günü qeyd olunur.

    70 ildən çox SSRİ-nin tərkibində olan Azərbaycan, keçən əsrin 80-ci illərinin sonunda başlayan Milli Azadlıq Hərəkatı nəticəsində 1991-ci ilin 18 oktyabrında müstəqilliyini elan edib.

    Müstəqillik 1991-ci il avqustun 30-da "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa olunması barədə Bəyannamə"si və oktyabrda "Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı"nın qəbulundan sonra tam təsdiqlənib.

  10. Emmanuel Macron humanitar atəşkəs barədə: "Fransa buna çox diqqətlə yanaşacaq"

    Emmanuel Macron

    Şəklin mənbəyi, Abdulmonam Eassa/Pool/REUTERS

    Fransa Prezidenti Emmanuel Macron Ermənistan və Azərbaycan arasında müvəqqəti humanitar atəşkəsə dair razılaşmanı alqışlayıb, Reuters yazıb.

    O qeyd edib ki, hər iki tərəf atəşkəsə ciddi yanaşmalıdır.

    “Hər iki tərəf qeyd-şərtsiz və ciddi şəkildə bu atəşkəsə əməl etməlidir. Fransa buna çox diqqətlə yanaşacaq və hərbi əməliyyatların həmişəlik dayandırılması və tez bir zamanda etibarlı müzakirələrin başlaya bilməsinə sadiq qalacaq”, cənab Macron söyləyib.

  11. Azərbaycan və Ermənistan müvəqqəti humanitar atəşkəsə razılıq veriblər

    Azərbaycan Respublikası və Ermənistan Respublikası 18 oktyabr, yerli vaxtla saat 00.00 dan etibarən müvəqqəti humanitar atəşkəsə razılıq veriblər, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi bildirib.

    Qurum bildirib ki, bu qərar ATƏT-in Minsk Qrupu həmsədr ölkələrini təmsil edən Amerika Birləşmiş Ştatları, Fransa və Rusiya Prezidentlərinin 1 oktyabr 2020-ci il tarixli bəyanatı, ATƏT-in Minsk Qrupu həmsədrlərinin 5 oktyabr tarixli bəyanatına əsasən və 2020-ci ilin 10 oktyabr tarixli Moskva bəyanatına uyğun olaraq qəbul edilib.

  12. Gəncəyə son raket hücumunun şahidləri danışırlar: "Biz buradan cəsəd yığdıq"

  13. Füzulinin azad edilməsi müharibənin gedişinə hansı təsiri göstərəcək?

    Füzuli Qarabağ Azərbaycan Ermənistan müharibə

    Şəklin mənbəyi, Azərtac

    Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-də Füzuli şəhəri və ətraf bir neçə kəndin erməni hərbi birləşmələrindən azad edilməsini bəyan edib.

    Füzuli şəhərinin azad edilməsi müharibənin gedişinə hansı təsiri göstərəcək?

    Azərbaycan Müdafiə Nazirinin keçmiş müavini (1993-95), polkovnik İsa Sadiqov BBC News Azərbaycancaya deyib ki, döyüşlərin getdiyi bəzi əraziləri yaxşı tanıyır və Azərbaycan ordusunun ələ keçirdiyi strateji yüksəkliklər böyük ərazilərə nəzarət etmək imkanı verir:

    “Bu o deməkdir ki, düşmən o ərazilərdə hərəkət edə bilmir, orada möhkəmlənə bilmir. Həmin yüksəkliklərdən biz daha sürətlə hücumlara keçə bilərik,” - İsa Sadıqov Azərbaycan ordusunun hazırkı mövqeyi ilə bağlı bunları deyib.

    O əlavə edib ki, strateji baxımdan təkcə Füzuli deyil, bütün “azad olunan ərazilər əhəmiyyətlidir”.

    İsa Sadıqov, eyni zamanda vurğulayıb ki, Azərbaycan ordusu üçün Füzulidən daha əhəmiyyətli Hadrut qəsəbəsi idi.

    “Mən iki-üç gün öncə çıxışımda dedim ki, Hadrutun itirilməsiylə savaşda köklü dəyişikliklər baş verəcək və növbəti əməliyyatlarda çoxlu kənd azad edəcəyik,” – sabiq nazir müavini deyib.

    Füzuli rayonu 1993-cü ilin avqustunda işğal edilsə də, 1994-cü ilin yanvarında 22 yaşayış məntəqəsi azad olunmuş, bir şəhər və 61 kənd işğal altında qalmışdı.

    Oktyabrın 17-də Füzuli şəhərinin və rayonun bir neçə kəndinin azad olunduğu bildirilib.

    Cəbhədə döyüşlər bazar günü, sentyabrın 27-dən bəri davam edir.

  14. Avropa İttifaqı Gəncəyə edilmiş zərbələrə görə təəssüfləndiyini bildirib

    “Avropa İttifaqı 16-17 oktyabr gecəsi Azərbaycanın Gəncə şəhərinə edilmiş zərbələrə və nəticədə mülki şəxslərin həlak olması və yaralanmasına görə təəssüf edir. Hər iki tərəf dinc əhali və sivil infrastrukturu hədəf almağa son qoymalıdır," - bu barədə Avropa İttifaqının yaydığı bəyanatda deyilir.

    Bəyanatda, həmçinin qeyd olunur ki, oktyabrın 10-da əldə edilmiş atəşkəs haqqında razılığa gecikmədən əməl olunmalıdır.

  15. Gəncədə son raket hücumundan ölənlərin sayı 14-ə çatdı

    Gəncə raket Azərbaycan erməni silahlıları

    Şəklin mənbəyi, EPA

    Erməni silahlı qüvvələrinin oktyabrın 17-nə keçən gecə Gəncəyə raket hücumu nəticəsində ölənlərin sayı 14-ə çatıb.

    Bu barədə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov yerli mediaya məlumat verib.

    O bildirib ki, hazırda 55 yaralı var.

  16. Fahrettin Koca

    Şəklin mənbəyi, GETTY IMAGES

    Türkiyənin Səhiyyə naziri Fahrettin Koca Ermənistanın Azərbaycanın mülki əhalisinə hücumunu "lənətlədiyini" bildirib.

    O, bu barədə Twitter səhifəsində yazıb.

    "Birbaşa Azərbaycan xalqını hədəfləyən, aralarında uşaqların da olduğu çox sayda mülki şəxsin ölümünə və yaralanmasına səbəb olan raket hücumları səbəbilə Ermənistanı və barbarlıq göstərən ordusunu lənətləyirik. Terrorçuların ömrü həmişə qısa olub".

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  17. Ermənistan Baş naziri Nikol Paşinyan "qurtuluş naminə ayrılmanı” təklif edir

    Nikol Paşinyan Azərbaycan Ermənistan

    Şəklin mənbəyi, AFP

    Ermənistanın Baş naziri Nikol Paşinyan Qarabağ məsələsinin "qurtuluş naminə ayrılma" prinsipi əsasında həll edilməsini təklif edib.

    "Xalqların öz müqəddəratını təyinetmə prinsipinin müasir təzahürü olan "qurtuluş naminə ayrılma" prinsipi ayrı-seçkilik, insan hüquqlarının kütləvi pozulması və ya soyqırım riski olduğu zaman müəyyən qruplara, xalqlara nəinki dövlətdən ayrılmağı, yuxarıdakı hallar yaranarsa, dövlətlə birləşməyi də istisna edir. Bu, Qarabağ məsələsinin həlli üçün konsepsiyamızın əsası olmalıdır,” - Ermənistanın Baş naziri Facebook-da yazıb.

    Bundan əvvəl Nikol Paşinyan Dağlıq Qarabağın müstəqilliyinin Ermənistan tərəfindən tanınmasını istisna etməmişdi. “Qurtuluş naminə ayrılma” prinsipi başqa erməni siyasətçiləri tərəfindən də təklif olunmuşdu. Bu prinsip tanınmamış “respublika”nın ayrılmasını nəzərdə tutur.

    Azərbaycan Prezidenti İlham Əliyev Dağlıq Qarabağın heç bir halda müstəqil olmayacağını bəyan edib. O, xarici media nümayəndələrinə son müsahibələrinin birində deyib ki, Dağlıq Qarabağın müstəqilliyini tanıyan istənilən bir dövlətlə diplomatik əlaqəni dərhal kəsərlər.

    İlham Əliyev vurğulayıb ki, Dağlıq Qarabağda döyüşlərin dayanması üçün erməni qoşunları bütün işğal edilmiş əraziləri tərk etməlidir. O, Azərbaycan və erməni icmasının başqa ölkələrdə olduğu kimi, Dağlıq Qarabağda da dinc və sülh şəraitində yanaşı yaşaya biləcəyinə inandığını söyləyib.

  18. Ermənistan hüquq müdafiəçisi: "Azərbaycanda əsirlikdə olan hərbçilər valideynləri ilə danışıblar"

    Ermənistan-Azərbaycan arasındakı döyüşlərdə Azərbaycana əsir düşmüş erməni hərbçilər ailələri ilə danışıb.

    Bu barədə Ermənistanın insan hüquqları müdafiəçisi Artak Zeynalyan Facebook hesabından yazıb.

    "Areg Sarkisyan və Narek Amirjanyan valideynlərinə zəng etdilər, sağdırlar, xəstəxanadadırlar," - o deyib.

    O bildirib ki, oktyabrın 16-da Avropa İnsan Hüquqları Məhkəməsi erməni ərizəçilərin tələbini təmin edərək Azərbaycan hökuməti qarşısında sözügedən əsirlərin "həyatı toxunulmazlığını və sağlamlıq hüququnu" təmin etmək barədə tələb qoyub.

    Onun sözlərinə görə, məhkəmə Azərbaycandan oktyabrın 22-dək əsirlərin vəziyyəti və sağlamlığı barədə məlumat təqdim etməyi tələb edib.

  19. Azərbaycan Baş Prokurorluğu: "Ağcabədidə evə mərmi düşməsi nəticəsində bir nəfər yaralanıb"

    Azərbaycan Baş Prokurorluğu bildirib ki, oktyabrın 17-də Ermənistan silahlı qüvvələri Ağcabədi rayonunu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriya atəşinə tutub.

    Hadisə nəticəsində Arazbar kənd sakini 1991-ci il təvəllüdlü Orxan Hacıyev yaşadığı evin həyətinə top mərmisinin düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

    Prokurorluq bildirib ki, mərmi düşən evə külli miqdarda ziyan dəyib.

  20. Ceyhun Bayramov BMT-nin Baş katibi Antonio Guterres ilə danışıb

    Ceyhun Bayramov

    Şəklin mənbəyi, Azərtac

    Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov oktyabrın 16-da BMT-nin Baş katibi Antonio Guterres ilə danışıb.

    Xarici İşlər Nazirliyi (XİN) bildirib ki, Ceyhun Bayramov BMT Baş katibinə "bölgədəki cari vəziyyət və Ermənistanın silahlı qüvvələri tərəfindən humanitar atəşkəsin pozulması" barədə məlumat verib.

    Məlumatda deyilir ki, Antonio Guterres bölgədə gərginliyin artması və mülki şəxslərin öldürülməsi ilə bağlı "ciddi narahatlığını" ifadə edib və "humanitar atəşkəsə riayət edilməsinin vacibliyini" vurğulayıb.