Cəbhə bölgəsində döyüşlər - bazar günü nə baş verdi?

Azərbaycan Müdafiə Nazirliyi bazar günü səhər saatlarında bildirib ki, Ermənistan Tərtər, Cəbrayıl və Füzuli istiqamətlərindəki yaşayış məskənlərini atəşə tutub və Azərbaycan ordusu mülki əhalinin təhlükəsizliyini müdafiə etmək üçün bütün cəbhəboyu əks-hücum əməliyyatlarına başlayıb.

Canlı reportaj

  1. İlham Əliyev Azərbaycan xalqını təbrik edib

    Prezident İlham Əliyev Təhlükəsizlik Şurasının iclasında Azərbaycan xalqını təbrik edib.

    Dövlət televiziyası ilə yayınlanan iclasda Müdafiə naziri Zakir Həsənov Cəbrayıl və Füzulinin alınan kəndləri haqqında məlumat verdikdən sonra İlham Əliyev deyib:

    “Mən əldə edilmiş ilk uğurlar münasibətiylə Azərbaycan xalqını, Azərbaycan ordusunu təbrik edirəm. Eşq olsun Azərbaycan ordusuna! Yaşasın Azərbaycan!"

  2. Türkiyə və Rusiya cəbhədə döyüşləri müzakirə edib

    Türkiyə Xarici İşlər naziri Mevlüt Çavuşoğlu və Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov cəbhədə döyüşləri müzakirə edib.

    "Təmas xəttində atışmanın tezliklə dayandırılması və vəziyyətin sabitləşməsinin zəruriliyi vurğulanıb. Həlak olanların ailələrinə və yaxınlarına başsağlığı verildi", - Rusiya XİN bildirib.

  3. "Qarabağ Ombudsmanı": "2 mülki şəxs ölüb, 50-dən çox yaralı var"

    "Qarabağ Ombudsmanı" ofisinin məlumatına görə, iki mülki şəxs həlak olub, onlarla yaralanan olub."

    "PUA-dan istifadə edərək Stepanakert (Xankəndi), Əskəran, Martakert (Ağdərə), Martuni, Hadrut (Xocavənd), Şuşa və bir sıra kiçik yaşayış məntəqələri atəşə tutulub, qurum bildirib.

    “2 mülki şəxsin ölümü, 50-dən çox dinc əhali xəsarət alıb. Tək Stepanakertdə (Xankəndi) 10-dan çox adam zərər çəkib, o cümlədən, uşaq və qadın”, - məlumatda deyilir.

    İnfrastruktur, o cümlədən, məktəblər dağıdıldığı deyilir.

  4. Rusiya tərəfləri "danışıqlara başlamağa çağırır"

    Rusiya Xarici İşlər Nazirliyi cəbhə boyu döyüşlər barədə şərh verib.

    Rusiya XİN-in saytında bildirilir ki, Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət kəskin şəkildə pisləşib. Hər iki tərəfdən təmas xətti boyunca intensiv atışma gedir.

    İtkilər barədə məlumatlar gəlir.

    Vəziyyəti sabitləşdirmək üçün tərəfləri dərhal atəşi dayandırmağa və danışıqlara başlamağa çağırırıq.

  5. Rusiya XİN: Sergey Lavrov Ermənistanın Xarici İşlər naziri ilə danışıb

    Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrov ermənistanlı həmkarı Zohrab Mnatsakanyana zəng edib və Dağlıq Qarabağ münaqişə bölgəsindəki vəziyyət müzakirə edilib, Rusiya XİN bildirib.

    "Sergey Lavrov təmas xəttində davam edən genişmiqyaslı döyüş əməliyyatları, öldürülən və yaralananlar barədə daxil olan məlumatlara görə ciddi narahatlığını ifadə edib."

    Söhbət zamanı tezliklə atəşkəsin yaradılmasına ehtiyac olduğu vurğulanıb.

    Rusiyanın ATƏT-in Minsk qrupunun digər həmsədrləri ilə birlikdə vəziyyəti sabitləşdirməyə yönəlmiş vasitəçilik səylərini davam etdirəcəyi qeyd olunub.

    Rusiya XİN rəhbəri Azərbaycanın Xarici İşlər Naziri Ceyhun Bayramovla danışmağa hazırlaşır, rəsmi saytda bildirilir.

    Sergey Lavrov və Zohrab Mnatsakanyan

    Şəklin mənbəyi, Rusiya XİN

  6. Prezident Erdoğan Prezident İlham Əliyevə zəng edib

    Türkiyə Respublikasının Prezidenti Recep Tayyib Erdoğan azərbaycanlı həmkarı Prezident İlham Əliyevə telefonla zəng edib.

    Prezident İlham Əliyev bu gün cəbhə xəttində Ermənistanın Azərbaycana qarşı hərbi təxribatı nəticəsində baş verən hadisələrin gedişi barədə məlumat verib, president.az saytı yazır.

    "Türkiyə Prezidenti bu gün Ermənistanın hərbi təxribatı nəticəsində Azərbaycan mülki şəxslərinin və hərbi qulluqçularının həlak olması ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib, onlara Allahdan rəhmət diləyib".

    Prezidentin saytı yazır ki, Erdoğan "Türkiyənin Azərbaycanın yanında olduğunu vurğulayıb".

    "Başsağlığına görə minnətdarlığını bildirən" İlham Əliyev "Ermənistan- Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Türkiyə Prezidentinin daimi dəstəyini yüksək qiymətləndirib", məlumatda deyilir.

  7. Azərbaycanda Təhlükəsizlik Şurasının iclası keçirilib

    Bu gün Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib, president.az saytı bildirir.

    İlham Əliyev, Azərbaycan

    Şəklin mənbəyi, president.az

  8. Təcili xəbər, Füzuli və Cəbrayılın bəzi kəndləri azad edilib, Azərbaycanın Müdafiə Nazirliyi deyir

    Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı BBC News Azərbaycancaya deyib ki, Füzulinin Qaraxanbəyli, Qərvənd, Kənd Qoradiz, Yuxarı Əbdürrəhmanlı və Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri azad edilib.

    Bundan başqa, Ağdərə rayonu istiqamətində Murovdağı silsiləsində yerləşən bir neçə postlar dağıdılaraq bir sıra hakim yüksəkliklər nəzarətə götürülüb.

  9. Nikol Paşinyan: "Qoşunların şəxsi heyətini toplaşmağa çağırıram”, Yerli media Yerevanın mərkəzində “cəbhəyə yollanmağa hazır olan” vətəndaşların yığışdığını yazır.

    Ermənistanın Baş naziri Nikol Paşinyan Ermənistanda hərbi vəziyyət və ümumi səfərbərlik elan edib.

    “Əziz həmvətənlər, Ermənistan Respublikası Hökumət qərarı ilə hərbi vəziyyət və ümumi səfərbərlik elan edilib. Qoşunların şəxsi heyətini rayon hərbi komissarlıqlarına toplaşmağa çağırıram”, - Paşinyan Facebook səhifəsində yazıb.

    Yerevanın mərkəzində “cəbhəyə yollanmağa hazır olan” vətəndaşlar yığışır, yerli media xəbər verir.

  10. Tərtər sakinləri: "Qadın və uşaqlar kənddən çıxarılıb, atışma səsi uzaqlaşır"

    Tərtərin Qazyan kəndinin sakini Çingiz Cabbarov deyir ki, vəziyyət pisdir və atışma səhər saat 6-7-nin yarısından başlayıb. Onun sözlərinə görə, kənddə heyvan itkisi var.

    “Qapı bir qonşumuzun həyətinə düşüb, 2 böyük inək ölüb. Yaxşı ki, insan tələfatı yoxdur”, o deyir.

    Sakin bildirir ki, kənddən qadın və uşaqlar çıxarılıb.

    “Salamatçılıqdır, atışma səsi uzaqlaşır, bizimkilər irəliləyirlər”.

    Tərtər rayonunun Sarıcalı kəndindən Nizami İsmayılov deyir ki, atışma səhər saat 8 radələrində başlayıb.

    O deyir ki, kəndin sakinləri çıxıb kəndin ətrafındakı ərazilərdə dayanırlar, amma hazırda atəş səsləri azalıb.

  11. "Türkiyə bu hücumlara qarşı Azərbaycanın yanındadır" - Erdoğan-ın müşaviri

    Türkiyə Prezidentinin müşaviri İbrahim Kalın cəbhədə döyüşlərlə bağlı bir neçə tvit paylaşıb.

    O bildirib ki, “Ermənistanın Azərbaycana hücumunu qətiyyətlə pisləyirik. Ermənistan bir daha beynəlxalq hüququ pozdu və barış və sabitlikdə marağının olmadığını göstərdi. Türkiyə Azərbaycanla tam həmrəydir və özünümüdafiə hüququnu qətiliklə dəstəkləyir”.

    "Türkiyə bu hücumlara qarşı Azərbaycanın yanındadır. Hücumlar zamanı vəfat edən qardaşlarımıza Allahdan rəhmət diləyirik. Azərbaycan tək deyil. Türkiyənin tam dəstəyinə sahibdir”.

    “Ermənistanın Azərbaycana qarşı hücumunu qəti şəkildə qınayırıq. Ermənistan mülki yaşayış məntəqələrinə hücum edərək, atəşkəsi pozub, sülh və stabilliyə qarşı olduğunu bir daha göstərib. Beynəlxalq ictimaiyyət bu provakasiyanı dərhal dayandırmalıdır”.

    Paylaşımını ötürün X, 1
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X, 1

    Paylaşımını ötürün X, 2
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X, 2

  12. Nikol Paşinyan hərbi səfərbərlik elan edib

  13. "Azərbaycanın səfərbərlik etməsinə ehtiyac yoxdur" - dövlət qurumu

    Azərbaycanın səfərbərlik etməsinə ehtiyac yoxdur, hazırda Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi Azərbaycan Ordusu tərəfindən təmin edilir, -Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti bazar günü bildirib.

    Qurum əlavə edib ki, zərurət yarandığı halda ehtiyatda olan hərbi vəzifəlilər mövcud qanunvericiliyin tələblərinə əsasən Xidmətin yerli struktur bölmələrinə çağırılaraq “ölkənin müdafiəsinin və dövlətin təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq tədbirlərə” cəlb edilə bilərlər.

    “Lakin bu gün belə bir zərurət üçün heç bir əsas yoxdur,”- Xidmətin məlumatında deyilir.

    Bundan əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyan Twitterdə yazıb ki, hərbi səfərbərlik elan edib.

  14. Gürcüstan "tərəfləri sülhə çağırır"

    “Ermənistan və Azərbaycan arasında hərbi əməliyyatların bərpasından çox narahatıq. Biz tərəfləri sülhə çağırırıq. Stabillik və sülh regionda bizim ortaq işimiz olmalıdır”, bu barədə Gürcüstan Prezidenti Salome Zurabişvili öz Twitter səhifəsində yazıb.

    Paylaşımını ötürün X
    X məzmununa icazə varmı?

    Bu məqalədə X məzmunu mövcuddur. Nə isə yüklənməmişdən əvvəl icazənizi istəyirik, çünki onlar kukilərdən və digər texnologiyalardan istifadə edə bilərlər. Qəbul etməzdən əvvəl X kuki siyasətigizlilik siyasəti barədə oxumaq istəyə bilərsiniz. Bu məzmunu görmək üçün "qəbul edin və davam edin".

    Xəbərdarlıq : BBC kənar saytların məzmununa görə cavabdeh deyil.

    Paylaşımın sonu X

  15. Bu arada Azərbaycanda internet məhdudlaşdırılıb

    Azərbaycanda internetin verilişində məhdudiyyətlər olacaq, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bəyan edib.

    Nazirlik bildirib ki, "ölkə üzrə internetin verilişində məhdudiyyətlərin tətbiqi və sosial şəbəkələrdə yaradılan məhdudiyyət Ermənistanın törədə biləcəyi təxribatların qarşısını almaq üçün görülən tədbirlərdən biridir."

    Nazirlik məhdudiyyətləri hələ ki, tətbiq edəcəyini açıqlayıb.

  16. Ermənistan hərbi səfərbərlik elan edir

    Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi səfərbərlik elan edib. O, bu barədə Twitterdə bildirib.

    O bundan əvvəl öz rəsmi Facebook səhifəsində yazıb ki, tezliklə ölkənin Təhlükəsizlik Şurasını toplayacaq.

    O yazıb ki, Təhlükəsizlik Şurasında hərbi vəziyyət və məhdud hərbi toplanış müzakirə olunacaq.

    Nikol Paşinyan torpaqları qorumağa hazır olmağa çağırıb.

    Nikol Paşinyan

    Şəklin mənbəyi, AFP

  17. Prezident İlham Əliyev əhaliyə müraciət edib

    Azərbaycan Prezidenti İlham Əliyev ölkə əhalisinə müraciət edib və cəbhə bölgəsi boyunca hərbi əməliyyatların getdiyini deyib.

    Prezident İlham Əliyev dövlət televiziyası ilə çıxışında deyib ki, "bu gün regionda təhlükə mənbəyi Ermənistandır". O, Azərbaycanın Ermənistan tərəfindən "təxribata məruz qaldığını", Azərbaycanın Ermənistana heç bir ərazi iddiası olmadığını bildirib.

    Prezident xalqa müraciətində bildirib ki, Qarabağ Azərbaycan torpağıdır və Azərbaycan əsgəri öz torpağında döyüşür.

    İlham Əliyev

    Şəklin mənbəyi, AZTV

  18. Azərbaycan Müdafiə Nazirliyi səhər saatlarında məlumat yayıb ki, "Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrini iriçaplı silahlar, minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub".

    Nazirliyin məlumatına görə, Tərtər rayonunun Qapanlı, Ağdam rayonunun Çıraqlı və Orta Qərvənd, Füzuli rayonunun Alxanlı və Şükürbəyli və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndlərinin "intensiv atəşə tutulması nəticəsində mülki əhali arasında həlak olan və yaralananlar var".

    Nazirlik həlak olan və yaralananların sayı barədə məlumatın dəqiqləşdirildiyini deyib.

    Ermənistanın Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan Dağlıq Qarabağ təmas xətti boyunca hücuma başlayıb, qurumun sözçüsü Şuşan Stepanyan deyib.

    "2016-cı il aprel döyüşlərindən 4 il keçmiş düşmən bu yolla Qarabağ münaqişəsini öz xeyrinə həll etmək ümidi ilə yenə silaha əl atıb. Sentyabrın 27-də səhər Azərbaycan ordusu raket-artilleriya və PUA atəşindən sonra bütün təmas xətti boyunca hücuma keçib," - Müdafiə Nazirliyinin məmlumatında deyilir.

  19. Salam.

    Bu səhifədə BBC News Azərbaycanca cəbhədə döyüşlər barədə xəbərlərin canlı yayımına başlayır.